Anons

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Azərbaycan ticarətin sadələşdirilməsi üzrə BMT-nin qlobal tədqiqatının ilk onluğunda yer alıb

Tarix:16-07-2021, 12:26

Azərbaycan ticarətin sadələşdirilməsi üzrə BMT-nin qlobal tədqiqatının ilk onluğunda yer alıb
Rəqəmsal texnologiyalar və ticarətin davamlı inkişafına dair BMT-nin 2021-ci il üçün Qlobal Tədqiqatının nəticələri dərc edilib. Azərbaycan 2019-cu ilin əvvəlki tədqiqatı ilə müqayisədə ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək nəticələr nümayiş etdirib.

Tədqiqat "ÜTT-nin Ticarət prosedurlarının sadələşdirilməsi haqqında" Sazişi (TFA), kağızsız ticarəti və "Asiya-Sakit Okean regionunda transsərhəd kağızsız ticarət prosedurlarının sadələşdirilməsi" Sazişinə aid olan və 140-dan çox ölkə və 50 meyarı və ticarətin davamlı sadələşdirilməsi meyarlarını (kiçik və orta sahibkarlıq müəssisələri (KOSM), kənd təsərrüfatı, qadınlar üçün) əhatə edir. 2021-ci ilin tədqiqatına iki yeni meyar qrupu əlavə edilib: ticarətin maliyyələşdirilməsinə dəstək üzrə və böhran dövründə ticarətə dəstək meyarları.

Tədqiqat BMT-nin beş regional komissiyası və artan sayda qlobal və regional tərəfdaşlarla birlikdə iki ildən bir həyata keçirilir.

Ticarət prosedurlarının sadələşdirilməsinin tətbiqi üzrə ortalama dünya göstəriciləri Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında 65% və 68,8% təşkil edib. 2021-ci ildə Azərbaycan ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək mövqe tutub – 86,02%. Beləliklə, ölkə rəqəmsal və davamlı ticarətə dəstək üzrə MDB (Rusiya – 84,95%, Gürcüstan – 82,8%, İran – 77,42%, Ermənistan – 62,37%) və Mərkəzi Asiya ölkələri (SPECA) arasında (Qazaxıstan – 72,04%, Özbəkistan – 62,37%, Qırğızıstan – 69,89%) lider mövqeyə sahib olub. ESCAP-ın Asiya və Sakit Okean regionunda ticarətin və kağızsız ticarət prosedurlarının sadələşdirilməsi üzrə Tədqiqatında Azərbaycan 9-cu yerdə qərarlaşıb.

Azərbaycan üçün ticarət prosedurlarının sadələşdirilməsi üzrə meyarların qiymətləndirilməsinin nəticələri:

• Şəffaflıq – 100%;

• Rəsmilik – 91,67%;

• Rəsmi müəyyən edilmiş mexanizmlər və əməkdaşlıq – 88,89%;

• Kağızsız ticarət – 85,19%;

• Transsərhəd kağızsız ticarət – 66,67%.

Ümumilikdə, ölkədə ticarət prosedurlarının sadələşdirilməsi göstəricisi 2019-cu ildəki 81,72%-dən xeyli yüksəlib.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...