Anons

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Haqqımızda Əlaqə

Azərbaycanda biometrik texnologiya ilə kiçik kreditlər almaq mümkün olacaq

Tarix:26-05-2021, 11:27

Azərbaycanda biometrik texnologiya ilə kiçik kreditlər almaq mümkün olacaq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və bank olmayan kredit təşkilatı “AzPul” MMC arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb.

Nazirlikdən verilən məlumata görə, müqaviləyə əsasən, BOKT “AzPul” MMC tərəfindən kiçik həcmli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə vasitəsilə müəyyənləşdiriləcək və ona kredit müqaviləsini imzalamaq üçün birdəfəlik elektron imza sertifikatı təqdim ediləcək.

Qeyd olunan həll üztanıma və açıq açar texnologiyasını özündə birləşdirir. Bu texnologiyadan istifadə edərək elektron imza tələb olunan istənilən əməliyyatı məsafədən, onlayn formada aparmaq mümkündür. Biometrik texnologiyaya əsaslanan bu həll vasitəsilə aparılan bütün əməliyyatlar avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu da istifadəçilərə operativlik qazandırır.

Həllin təhlükəsiz, avtomatlaşdırılmış və operativ olması istifadəçilərlə yanaşı, xidmət təklif edən qurumlar üçün də böyük üstünlüklər yaradır. Belə ki, bu həll tərəfdaşlara öz xidmətlərinin inkişaf etdirilməsi üçün aşağıdakı imkanları verir:

Real vaxt rejimində müştərinin elektron imza sertifikatı əldə etməsi;

Məkandan və zamandan asılı olmadan xidmətdən istifadə;
Saxtakarlıq hallarının qarşısının alınması (şəxsin xəbəri və iştirakı olmadan adına əməliyyat aparılması mümkünsüzdür);
Sistemin istənilən cihaza inteqrasiyası;
Real vaxt rejimində məlumatların əldə edilməsi.

Qeyd edək ki, təklif edilən həll istər dövlət, istərsə də özəl sektorun təmsilçiləri tərəfindən istifadə oluna bilər. Ölkəmizdə rəqəmsal transformasiyaya keçid bu texnologiyadan istifadəni daha aktual edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...