Anons

Haqqımızda Əlaqə

Azərbaycanlı BP-də rəhbər vəzifəyə təyin olundu

Tarix:7-04-2021, 13:19

Azərbaycanlı BP-də rəhbər vəzifəyə təyin olundu Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə BP-nin Gürcüstan üzrə ölkə rəhbəri Aytən Hacıyeva arasında görüş keçirilib.

Trend-in Azərbaycanın Gürcüstandakı səfirliyinin "Facebook" səhifsinə istinadən məlumatına görə, səfir F.Quliyev A.Hacıyevanı yeni təyinatı münasibətilə təbrik edib, Azərbaycan Respublikası vətəndaşlarının böyük transmilli şirkətlərdə yüksək vəzifə tutmasının önəmini vurğulayıb.

Səfir BP-nin neft və qaz sahəsində ölkəmizin əsas tərəfdaşlarından olduğunu və regionda həyata keçirilmiş iri enerji infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, eləcə də, Cənub Qaz Dəhlizinin bu uzunmüddətli əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd etmişdir. Diplomat bu illər ərzində SOCAR ilə BP arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırmışdır.

Görüşdə A.Hacıyeva BP-nin Gürcüstandakı fəaliyyəti və gələcək planları barədə məlumatları bölüşmüşdür. O, bildirmişdir ki, bu il BP-nin Gürcüstanda fəaliyyətinin 25 ili tamam olur və hazırda şirkət neft və qaz sektoru ilə yanaşı, gələcəkdə Gürcüstan və regionda bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsini də təşviq edir.
Görüşdə tərəflər Gürcüstanda biznes mühiti, bu ölkədə Azərbaycan şirkətlərinin fəaliyyəti və onlar tərəfindən yatırılan sərmayələr ətrafında müzakirələr aparmış, bu xüsusda Gürcüstanda Azərbaycan İş Adamları Birliyinin (AZEBİ) fəaliyyətinin əhəmiyyətini vurğulamışlar. Həmçinin, söhbət zamanı hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə birgə tədbirlərin təşkili, habelə, Azərbaycan şirkətləri tərəfindən Gürcüstanda həyata keçirilən sosial layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...