Anons

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Haqqımızda Əlaqə

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

Tarix:5-03-2021, 16:34

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “NAR”ın maliyyə dəstəyi ilə veb-sayt hazırlanacaq. Belə ki, veb səhifədə jestlərin şəkilləri, videoları, eyni zamanda jestlərin göstərilməsi ilə bağlı izahedici mətnlər yerləşdiriləcək. Veb saytın digər üstünlükləri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Lüğətdə 3000-ə yaxın sözün jest dilində tərcüməsi göstəriləcək. Qeyd edək ki, “Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasait olacaq. Bundan başqa, saytın mobil versiyası da hazırlanacaq.

“Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə, jest lüğətinin elmi-metodik cəhətdən düzgünlüyünü təmin etmək məqsədilə bir neçə qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. “Doğma jest dili” lüğətinin elektron formada olması ilə eşitmə məhdudiyyəti olan uşaqların valideynləri və onların yaxınları daha çox söz toplusu əldə edə biləcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Veb səhifədə sözlərin şəkillər və videolarla izahı ilə yanaşı, jest dilinin mimika ilə ifadə edilən işarələrini də görmək mümkün olacaq. Layihənin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə RİİB-ə və “Nar”a təşəkkür edirik”.

Xatırladaq ki, “Karlara Dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır. Qeyd edək ki, “Nar” bundan əvvəl eşitmə və nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda və regionlarda “Təlim məktəbi” təşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...