Anons

Bu gün, 15:00- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu gün, 14:37- Sabah Moskvada üçtərəfli görüş KEÇİRİLƏCƏK

Bu gün, 14:18- Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi

Bu gün, 13:52- Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bu gün, 13:20- Sabah 13 dərəcəyədək isti olacaq

Bu gün, 12:49- Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri

Bu gün, 12:31- İcra başçısı Aprel döyüşçülərinə yüksək vəzifə verdi

Bu gün, 11:53- Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib

Bu gün, 11:27- XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb

Bu gün, 11:04- Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

Bu gün, 10:46- ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib

Bu gün, 10:12- XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür

Dünən, 17:17- Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək

Dünən, 16:58- Cəbrayılda daha bir nəfər minaya düşdü

Dünən, 16:29- Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək

Dünən, 16:04- “Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi

Dünən, 15:40- Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ

Dünən, 15:00- Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir

Dünən, 14:36- “Apple” smartfonların satış həcminə görə “Samsung”u ötüb

Dünən, 14:17- Son 25 ilin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb

Haqqımızda Əlaqə

Heyvandarlıq məhsullarına nəzarət gücləndirilir

Tarix:22-02-2021, 11:00

Heyvandarlıq məhsullarına nəzarət gücləndirilir Ölkəmizdə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu istiqamətdə “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması prosesinə start verilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, sistemin yaradılması Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək

Layihə üzrə Dünya Bankının maliyyə dəstəyi ilə proqram təminatının yaradılmasına başlanılıb. Proqram təminatı yaradıldıqdan sonra seçilmiş müvafiq ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla sistemin sınağı həyata keçiriləcək. Sistemin mərhələli şəkildə yaradılması, pilot ərazidə sınaqdan keçirildikdən sonra bütün ölkə üzrə tətbiq edilməsi nəzərdə tutulur.

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi hər bir heyvanın və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və sair barədə məlumatlar yer alacaq.

HİQS vasitəsilə heyvanın peyvəndlədiyi vaksinlər və peyvəndləmədən sonra gözləmə dövrü, müalicə üçün işlədilən dərmanların heyvanın orqanizmindən xaric olma müddətini izləmək mümkün olacaq. Sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icrasına imkan verəcək. Bu isə ölkəmizin müvafiq sahədə dünya iqtisadi birliyinə inteqrasiyasını asanlaşdıracaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...