Anons

5-03-2021, 23:29- Ruhun ruhumun göy qurşağıdı!.. - Anım

5-03-2021, 17:00- Əli Nağıyev Türkiyəyə başsağlığı verdi

5-03-2021, 16:34- Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

5-03-2021, 16:08- Həbsdə olan qazi azadlığa buraxılıb

5-03-2021, 15:47- Dünya Bankı COVID-19-la mübarizədə Azərbaycana yardım edəcək

5-03-2021, 15:00- Sabah 18 dərəcə isti olacaq

5-03-2021, 14:35- Mübariz Mənsimov azadlığa buraxılıb

5-03-2021, 14:19- “Wuling” dünyanın ən populyar elektromobili olub

5-03-2021, 13:54- Sürücülük vəsiqəsi alan qadınların sayı 7,5 faiz artıb

5-03-2021, 13:06- Əlillərin işlə təmin edilməsi üçün kvota iki dəfədən çox artırılacaq

5-03-2021, 12:42- İsrailli qadın ölmüş ərinin göz qişasını qazimizə bağışladı (VİDEO)

5-03-2021, 12:13- 8 Martda regionlarda da ictimai nəqliyyat işləməyəcək - DANX

5-03-2021, 11:41- Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq

5-03-2021, 11:27- Azərbaycanda peyvənd olunanların sayı 363 mini ötüb

5-03-2021, 11:00- “İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib

5-03-2021, 10:35- Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

5-03-2021, 10:08- Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb

4-03-2021, 17:23- ÜST: Azərbaycana 432 min doza "AstraZeneca" peyvəndi ayrılıb

4-03-2021, 16:30- Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək

4-03-2021, 16:06- Bakıda yeni zavod istifadəyə veriləcək

Haqqımızda Əlaqə

Laçındakı su elektrik stansiyası yenidən qurulur (VİDEO)

Tarix:14-01-2021, 12:28

Laçındakı su elektrik stansiyası yenidən qurulur (VİDEO) Erməni qəsbkarları Azərbaycanın işğaldan azad olunan ərazilərində, ələlxüsus Kəlbəcər, Laçın və digər rayonlarda vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararlı avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. Hazırda həmin elektrik stansiyalarından heç biri ümumiyyətlə yararlı vəziyyətdə deyil və tamamilə dağıdılıb.

“Azərenerji”dən verilən məlumata görə, ancaq buna baxmayaraq, artıq qurum Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün əməli işə keçib və neçə müddətdir ki, Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri aparır və işlər yekunlaşmaqdadır. Döyüşlər zamanı ziyan dəymiş avadanlıqlar - stansiyanın maşın zalları, aqreqatları, generatorları, idarəetmə panelləri, transformatorları yenisi ilə əvəzlənir və ya təmir edilir. Eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partlayaraq darmadağın olan boru da yenidən çəkilir.

Növbəlilik əsasında aparılan sürətli işlər nəticəsində “Güləbird” Kiçik Su Elektrik Stansiyasının yaxın müddətdə istismara verilməsi planlaşdırılıb. Bunun üçün işə xüsusi briqdalar, podratçı təşkilatlar və mütəxəssislər cəlb edilib.

İlkin olaraq “Güləbird” Kiçik Su Elektrik Stansiyasındakı generatorun 10 kV-luq tərəfindən çıxan gərginlik Laçın və Qubadlıdakı yaxın ərazilərdəki hərbi hissələrə, gələcəkdə isə yüksək gərginlik xətt vasitəsilə Qubadlıda tikiləcək yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.



Mскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...