15-01-2021, 17:14- Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
15-01-2021, 16:59- Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
15-01-2021, 15:23- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
15-01-2021, 14:57- Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
15-01-2021, 14:12- Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq - Texnikalar əraziyə gətirildi
15-01-2021, 13:35- Sabah hava yağmursuz keçəcək
15-01-2021, 13:08- Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib (FOTO)
15-01-2021, 12:44- Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq - TƏBİB
15-01-2021, 11:51- Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - Reydlərə başlandı (Video)
15-01-2021, 11:00- Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
15-01-2021, 10:33- Yaşı 100-dən çox olan pensiyaçıların sayı açıqlandı
15-01-2021, 10:09- Dünya fond bazarlarının əsas indeks göstəriciləri
14-01-2021, 17:07- ICESCO-nun Azərbaycanda regional mərkəzi açılacaq
14-01-2021, 16:44- Koronavirusun yeni növü Avropanın 25 ölkəsində aşkar edilib
14-01-2021, 16:18- İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq - DİM
14-01-2021, 15:51- Azərbaycanda bu məhsulların qiyməti ucuzlaşıb
14-01-2021, 15:29- Ceyhun Bayramov Pakistanın Prezidenti ilə görüşüb
14-01-2021, 15:00- Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq - Nazir
14-01-2021, 14:06- Azərbaycan 5 ən xoşbəxt ölkə arasında yer alıb
14-01-2021, 13:42- Sabahın havası
Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi yaradılacaq. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək.
Məlumata görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında deyilir.
Qeyd olunur ki, müasir texniki avadanlıqlarla təchiz ediləcək ərazidə ümumilikdə 160 ədəd nəqliyyat vasitəsinin parklanması nəzərdə tutulub. Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün 10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün ayrıca sahə ayrılacaq.
"Vağzalın qarşısında yerləşən parklanma sahəsində işlər tamamlanmaq üzrədir. 3 300 min kvadrat metr sahəsi olan bu ərazi 85 nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Cəfər Cabbarlı heykəlinin arxasındakı 800 kvadrat metrlik ərazidə 30 nəqliyyat vasitəsi, Süleyman Rəhimov küçəsindəki 2 800 kvadrat metrlik ərazidə isə 45 nəqliyyat vasitəsinin durması üçün şərait yaradılacaq", - açıqlamada deyilir.
Yeni parklanma sahələrində tariflər 0-1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün 5 manat təşkil edəcək. Velosipedlərin parklanması üçün isə ödəniş tələb olunmayacaq. Ödənişlər xüsusi terminallar vasitəsilə, kart sistemi ilə həyata keçiriləcək.
Məlumdur ki, şəhərin "giriş qapısı" funksiyasını yerinə yetirən vağzal onun haqqında ilk təəssürat yaradır. Bu baxımdan Bakı Dəmir Yolu Vağzalındakı vəziyyət olduqca önəmlidir. Parklanma sahələrinin yaradılması vağzalın ətrafında indiyə qədər mövcud olmuş xaotik hərəkətin və tıxacların aradan qaldırılmasına səbəb olacaq.
Parklanma xidmətlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Əmlak" MMC göstərəcək.