Bu gün, 12:54- Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib
Bu gün, 12:23- Sabah axşamdan hava pisləşəcək - Qar yağacaq, çovğun olacaq
Bu gün, 11:35- Polietilen torba istehsalçılarına xəbərdarlıq edilib
Bu gün, 11:09- 30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR
Bu gün, 10:46- Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Bu gün, 10:13- Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
15-01-2021, 17:14- Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
15-01-2021, 16:59- Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
15-01-2021, 15:23- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
15-01-2021, 14:57- Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
15-01-2021, 14:12- Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq - Texnikalar əraziyə gətirildi
15-01-2021, 13:35- Sabah hava yağmursuz keçəcək
15-01-2021, 13:08- Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib (FOTO)
15-01-2021, 12:44- Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq - TƏBİB
15-01-2021, 11:51- Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - Reydlərə başlandı (Video)
15-01-2021, 11:00- Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
15-01-2021, 10:33- Yaşı 100-dən çox olan pensiyaçıların sayı açıqlandı
15-01-2021, 10:09- Dünya fond bazarlarının əsas indeks göstəriciləri
14-01-2021, 17:07- ICESCO-nun Azərbaycanda regional mərkəzi açılacaq
14-01-2021, 16:44- Koronavirusun yeni növü Avropanın 25 ölkəsində aşkar edilib
“Azərenerji” reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirərək Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində və Respublikanın Şimal-Şərq rayonları, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında idarəolunan şuntlayıcı reaktorlar quraşdırır.
“Azərenerji”dən verilən məlumata görə, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləməklə yanaşı rejim imkanlarını yaxşılaşdıracaq və bununla da reaktiv yükün kompensasiyasını təmin edəcək. İdarəolunan şuntlayıcı reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq.
Bununla yanaşı idarəolunan şuntlayıcı reaktorun quraşdırıldığı strateji əhəmiyyətli 330, 220, 110, 10 kilovoltluq “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur. Respublikanın Şimal-Şərq rayonlarının, eləcə də Abşeron yarımadasının enerji təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurub və buna görə də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu.
Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılmaqla, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir.
Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir.
Onu da qeyd edək ki, "Yaşma" yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 330 kV-luq hava xəttinin çəkilməsinə başlanılıb