Anons

Bu gün, 12:11- Azərbaycanda indiyə qədər İİV infeksiyasından 1082 nəfər ölüb

Bu gün, 11:45- Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)

Bu gün, 11:07- Azərbaycanda 4G istifadəçiləri artıb

Bu gün, 10:32- Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdırılıb

Dünən, 16:42- “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb

Dünən, 15:58- İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək

Dünən, 15:25- Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası davam etdirilir

Dünən, 15:00- Azad olunmuş yerlərə icazəsiz gedənlər: mülki şəxsləri oralara kim buraxır?

Dünən, 14:31- Bulvarda 1 nəfər özünü dənizə atdı

Dünən, 14:06- İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

Dünən, 13:43- Sabahın havası

Dünən, 13:19- Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq

Dünən, 12:54- Vüsalın atası “Topçu” arağının istehsalının dayandırılmasını İSTƏDİ: “Səhv qərar olub”

Dünən, 12:27- Xocalı aeroportu ilə bağlı yeni XƏBƏR

Dünən, 12:00- Dünyada koronavirusa yoluxanların sayı 63 milyonu ötdü

Dünən, 11:35- Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı AÇIQLAMA

Dünən, 11:08- Bayrağa görə qovulan tələbə BDU-ya bərpa olundu

Dünən, 10:46- Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq

Dünən, 10:12- Azərbaycanda hotellərə veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq

28-11-2020, 17:00- Son dəqiqə! Füzulidə avtomobil minaya düşdü, 5 nəfər həlak oldu

Haqqımızda Əlaqə

Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb - Statistika

Tarix:19-11-2020, 14:18

Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb - Statistika 2020-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 28,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,3 milyon ton az olub.

Energetika Nazirliyindən verilən məlumata görə, respublika üzrə neft hasilatının 19,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib.

Hesabat dövründə 23,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin 10 ayına nisbətən, təxminən, 2,2 milyon ton, yəni 8,5 faiz azdır. Neftin (kondensatla birlikdə) 22,6 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.


Cari ilin on ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz, yəni 1,6 milyard kubmetr artımla 30,5 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 9,7 milyard kubmetri AÇG-dən, 14,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 6,1 milyard kubmetr qaz hasil olunub.

On ay ərzində xaricə qaz satışı 10,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Cari ilin 10 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 20,9 faiz çox, yəni 9 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,8 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin oktyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 7,6 milyard kubmetr qaz nəql edilib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr tarixinədək ümumilikdə 549,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 520,1 milyon ton xam neft, “Şahdəniz”dən isə 29,6 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 noyabr tarixinədək 549,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 174,7 milyard kubmetr, “Şahdəniz”dən isə 131,5 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 noyabr tarixinədək 87,6 milyard kubmetr qaz ixraca nəql edilib.


Ölkədə neft emalı 2020-ci ilin 10 ayında 4,8 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 246 min ton az olub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...