Anons

Bu gün, 12:06- "Qarabağ" Bəhlul Mustafazadə ilə 3 illik müqavilə imzalayıb

Bu gün, 11:19- Rusiyanın lider şirkəti Azərbaycanda kibertəhlükəsizlik məhsullarının birgə istehsalını təşkil edəcək

Bu gün, 10:57- Facebook-un gündəlik auditoriyası 2,9 milyard nəfərə çatıb

Dünən, 17:02- Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir

Dünən, 16:44- Azərbaycanda 195 min manatlıq Cek Pot uduldu

Dünən, 16:16- Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM

Dünən, 15:51- Ailə və uşaq psixoloqu, məşhur və ən yeni metod olan Kross-Kouçinq – çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi Ruhiyyə Rüstəmova: “Daxilən çox mülayim biriyəm”.

Dünən, 15:27- Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində

Dünən, 15:00- "Fəryad 2" üçün aktyor axtarılır - 15 manata

Dünən, 14:32- Ölkəmizə gələn əcnəbilərin sayı azalıb

Dünən, 14:08- Gəncədə “patı” satan şəxslər saxlanıldı

Dünən, 13:43- Casusluqda ittiham olunan ermənilərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib

Dünən, 13:19- BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR

Dünən, 12:56- Sabahın hava proqnozu

Dünən, 12:24- Rəşad Mahmudov: “Yaxın gələcəkdə meyitlərdən orqan götürülməsi ilə bağlı işlər görüləcək”

Dünən, 12:00- Azərbaycan Əfqanıstana yeni səfir təyin edib

Dünən, 11:37- Türkiyə ilə Azərbaycan arasında Sərbəst Ticarət Sazişi üzərində iş aparılır

Dünən, 11:05- Güclü külək Bakıda 46 ağaca zərər vurub - AÇIQLAMA

Dünən, 10:12- ÜST həftəlik koronavirusdan ölüm hallarının 21 faiz artdığını açıqlayıb

27-07-2021, 17:09- Liviyadan Azərbaycana bu məhsulların idxalı məhdudlaşdırılıb

Haqqımızda Əlaqə

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

Tarix:19-11-2020, 10:43

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub. Bu münasibətlə təşkil olunan onlayn iclasda qurumun Baş direktoru Emin Əfəndiyev çıxış edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş direktor “Azərpoçt” MMC-nin dünyanın 80-ə yaxın ölkəsi ilə birbaşa beynəlxalq poçt mübadiləsi həyata keçirdiyini, fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlar əldə etdiyini, o cümlədən EMS sahəsində ardıcıl 9 dəfə Qızıl səviyyəli sertifikata layiq görüldüyünü konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Emin Əfəndiyev vurğulayıb ki, “COVID-19” pandemiyası dövründə “Azərpoçt” MMC beynəlxalq sahədə öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının, ölkə daxilində isə ÜPİ, eləcə də Azərbaycan hökumətinin tələb və tövsiyələrinə uyğun layiqincə yerinə yetirir.

Ölkə daxilində poçt mübadiləsinin yüksək səviyyədə təşkil olunmasından danışan E.Əfəndiyev Ermənistanın Azərbaycana təcavüzündən də söhbət açıb. O qeyd edib ki, düşmənin 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal etməsi nəticəsində “Azərpoçt” ölkə ərazisində tam olaraq poçt mübadiləsini həyata keçirə bilmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edib. Həmin ərazilərdə yaxın zamanda yeni poçt məntəqələri fəaliyyətə başlayacaq.

Baş direktor ötən dövr ərzində Avropa Poçt İttifaqının üzvü olmamasına baxmayaraq, “Azərpoçt” MMC-nin bu qurumun bir çox toplantılarına dəvət alaraq onların işində müşahidəçi qismində aktiv iştirak etdiyini bildirib.

Sonda Avropa Poçt İttifaqının üzvü olan 53 ölkə arasında Azərbaycanın quruma üzv qəbul olunması üçün qapalı səsvermə keçirilib. Nəticədə “Azərpoçt” MMC Avropa Poçt İttifaqının üzvlüyünə qəbul edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...