Anons

Bu gün, 12:11- Azərbaycanda indiyə qədər İİV infeksiyasından 1082 nəfər ölüb

Bu gün, 11:45- Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)

Bu gün, 11:07- Azərbaycanda 4G istifadəçiləri artıb

Bu gün, 10:32- Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdırılıb

Dünən, 16:42- “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb

Dünən, 15:58- İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək

Dünən, 15:25- Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası davam etdirilir

Dünən, 15:00- Azad olunmuş yerlərə icazəsiz gedənlər: mülki şəxsləri oralara kim buraxır?

Dünən, 14:31- Bulvarda 1 nəfər özünü dənizə atdı

Dünən, 14:06- İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

Dünən, 13:43- Sabahın havası

Dünən, 13:19- Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq

Dünən, 12:54- Vüsalın atası “Topçu” arağının istehsalının dayandırılmasını İSTƏDİ: “Səhv qərar olub”

Dünən, 12:27- Xocalı aeroportu ilə bağlı yeni XƏBƏR

Dünən, 12:00- Dünyada koronavirusa yoluxanların sayı 63 milyonu ötdü

Dünən, 11:35- Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı AÇIQLAMA

Dünən, 11:08- Bayrağa görə qovulan tələbə BDU-ya bərpa olundu

Dünən, 10:46- Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq

Dünən, 10:12- Azərbaycanda hotellərə veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq

28-11-2020, 17:00- Son dəqiqə! Füzulidə avtomobil minaya düşdü, 5 nəfər həlak oldu

Haqqımızda Əlaqə

İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi və investisiya potensialı beynəlxalq sərgidə nümayiş olunur

Tarix:18-11-2020, 16:51

İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi və investisiya potensialı beynəlxalq sərgidə nümayiş olunur Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendində bu gün İstanbulda öz işinə başlamış “MUSİAD Expo 2020” Sərgisində nümayiş olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan indiyədək müxtəlif ölkələrdə təşkil olunmuş beynəlxalq sərgilərdə iştirak etsə də, ilk dəfədir ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə dost və qardaş Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə qurulmuş “Qarabağ Azərbaycandır” stendi Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn edilib.

“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənir, eləcə də ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar verilir. Ümumilikdə Azərbaycanın stendində əsasən sənaye sahəsində olmaqla 20-yə yaxın şirkətə (mədən, tikinti, elektrik, nəqliyyat və rabitə kommunikasiyaları, avtomobil sənayesi, əczaçılıq sektorları, sənaye parkları və onların rezidentləri) məxsus məhsullar barədə məlumatlar verilir, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayı və s. nümayiş olunur.

Azərbaycanın stendinə yaxınlaşan ziyarətçilər, iş adamları və investorlar işğaldan azad olunmuş ərazilərimizin zəngin təbii sərvətləri, turizm potensialı və mədəni irsi barədə məlumatlandırılır, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərində, biznesin qurulmasında Türkiyə və digər ölkələrdən olan investorların da iştirak edə biləcəyi diqqətə çatdırılır.

“Qarabağ Azərbaycandır” stendi sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır. Bu gün Azərbaycanın stendini Türkiyə Respublikasının dövlət rəsmiləri də ziyarət ediblər.

Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisi Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilir. Noyabrın 21-dək davam edəcək sərgidə dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları nümayiş olunur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...