Anons

Dünən, 17:56- Azər Xudiyev: “Artıq dünya anlayır ki, ermənilər işğalçı, oğru və etibarsız millətdir” — MÜSAHİBƏ

Dünən, 17:37- Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub, 128 nəfər sağalıb, 5 nəfər vəfat edib

Dünən, 17:25- Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

Dünən, 16:41- Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənib - FOTO

Dünən, 14:03- Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır

Dünən, 13:36- BNA avtobusların gecikməsinin səbəbini açıqlayıb

Dünən, 12:48- Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

Dünən, 11:57- Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Dünən, 11:39- Abşeron, Xızı və Qaradağda bərpa olunan enerji stansiyaları tikiləcək

Dünən, 11:02- Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

Dünən, 10:44- Azərbaycan şahmatçısı dünya ikincisi olub

19-10-2020, 18:33- “Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir

19-10-2020, 13:19- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

19-10-2020, 12:58- Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

19-10-2020, 12:27- İnternet məkanında fişinq saytlarının sayı açıqlanıb

19-10-2020, 11:45- Azərbaycanda yük və sәrnişin daşımaları yanvar-sentyabrda azalıb

19-10-2020, 11:10- DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb

19-10-2020, 10:32- BMT Baş Qərargahının qarşısında Gəncə terroruna etiraz aksiyası keçirilib

17-10-2020, 13:41- Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəzaya səbəb olub

17-10-2020, 13:00- Baş Prokurorluq: Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutması nəticəsində 2 azyaşlı itkin düşüb

Haqqımızda Əlaqə

Azərbaycan və Özbəkistan arasında qida sahəsində əməkdaşlığa dair saziş layihələri hazırlanıb

Tarix:16-10-2020, 16:30

Azərbaycan və Özbəkistan arasında qida sahəsində əməkdaşlığa dair saziş layihələri hazırlanıb Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Agentlikdən verilən məlumata görə, AQTA sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. Ermənistanın respublikamıza təcavüzü ilə bağlı məlumat verən Q. Təhməzli, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini bildirib. Agentlik sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə rayonlarına raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər dinc əhali arasında həlak olanlar, xəsarət alanlar barədə, həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində mülki obyektlər və yaşayış binalarına dəymiş ziyanla bağlı geniş məlumat verib.

Agentlik sədri 30 ildən bəri davam edən, ölkəmizin zorla cəlb olunduğu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün Özbəkistanın göstərdiyi dəstəyə görə səfir B. Aşrafxanova təşəkkür edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. B. Aşrafxanova ölkələrimiz arasında qida məhsullarının ticarət dövriyyəsinin artırılması məqsədilə qeyd edilən sahələrdə əməkdaşlığa dair saziş layihələrinin hazırlanaraq Özbəkistan tərəfinə göndərildiyi barədə məlumat verilib və səfir bu sahələrdə hüquqi çərçivənin yaradılmasında maraqlı olduqlarını vurğulayıb.

Səfir Bahrom Aşrafxanov səmimi görüşə görə təşəkkür edib, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...