Anons

Dünən, 17:56- Azər Xudiyev: “Artıq dünya anlayır ki, ermənilər işğalçı, oğru və etibarsız millətdir” — MÜSAHİBƏ

Dünən, 17:37- Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub, 128 nəfər sağalıb, 5 nəfər vəfat edib

Dünən, 17:25- Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

Dünən, 16:41- Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənib - FOTO

Dünən, 14:03- Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır

Dünən, 13:36- BNA avtobusların gecikməsinin səbəbini açıqlayıb

Dünən, 12:48- Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

Dünən, 11:57- Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Dünən, 11:39- Abşeron, Xızı və Qaradağda bərpa olunan enerji stansiyaları tikiləcək

Dünən, 11:02- Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

Dünən, 10:44- Azərbaycan şahmatçısı dünya ikincisi olub

19-10-2020, 18:33- “Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir

19-10-2020, 13:19- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

19-10-2020, 12:58- Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

19-10-2020, 12:27- İnternet məkanında fişinq saytlarının sayı açıqlanıb

19-10-2020, 11:45- Azərbaycanda yük və sәrnişin daşımaları yanvar-sentyabrda azalıb

19-10-2020, 11:10- DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb

19-10-2020, 10:32- BMT Baş Qərargahının qarşısında Gəncə terroruna etiraz aksiyası keçirilib

17-10-2020, 13:41- Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəzaya səbəb olub

17-10-2020, 13:00- Baş Prokurorluq: Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutması nəticəsində 2 azyaşlı itkin düşüb

Haqqımızda Əlaqə

Yeni yoxlama qurğuları daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilir - Metropoliten

Tarix:15-10-2020, 12:33

Yeni yoxlama qurğuları daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilir - Metropoliten Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus (“COVID-19”) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, Bakı metropolitenində tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ciddi nəzarət olunur və bu istiqamətdə monitorinqlər nəticəsində tədbirlər davamlı olaraq dövrün tələbinə uyğun yenilənir:

“Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər quraşdırılması sərnişinlərin hərəkət nizamının tənzimlənməsinə xidmət edir.

Artıq sərnişinlərin nizamlı hərəkətinin təmin edilməsinə skaner tipli yeni yoxlama qurğularının da təsiri var. Stansiyaların girişlərinin yoxlama məntəqələrində tətbiq edilən avadanlığın əsas vəzifəsi metropolitendən sərnişinlərin istifadə rahatlığı və təhlükəsizliyini artırmaqdır”.

O qeyd edib ki, bu tədbir ilk olaraq metropolitenin daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilir:

“Tətbiq edilən və avtomatik rejimdə çalışan bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasın sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir.
Yoxlama məntəqəsində hər bir sərnişindən tibbi maskanın düzgün taxılması tələb olunur, sosial məsafəni qorumağın vacibliyi xatırladılır, həmçinin seçmə qayda ilə hərarətin ölçülməsi tətbiq edilir. Koronavirus infeksiyasının yayılmasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə metropolitenin və polis əməkdaşlarının stansiyalarda və qatarlarda monitorinqləri artırılıb və bunun nəticəsində günün müəyyən saatlarında yoxlamalar intensivləşdirilib".

Metropoliten rəsmisi bildrib ki, yoxlamalar zamanı sərnişinlərlə profilaktik söhbətlər aparılır, tövsiyələr verilir. Günümüzün tələbləri nəzərə alınmaqla, sərnişinlərin daha məsuliyyətli olaraq, tibbi maskadan düzgün istifadə etməsinin, sosial məsafənin qorunmasının vacibliyi ətraflı izah olunur:

"Metropoliten stansiyalarına daxil olan sərnişinlərdən stansiyaların girişində tibbi maskadan düzgün istifadə etməklə, əl əşyaları və yüklərini artıq vestibülə daxil olarkən hazır vəziyyətdə saxlayaraq avtomatik yoxlama cihazlarına yaxınlaşmalarını xahiş edirik. Hər bir sərnişinin sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl edəcəyinə, mövcud qaydaları anlayışla qarşılayacağına və birlikdə güclü olaraq bütün çətinliklərə qalib gələcəyimizə inanırıq”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...