Anons

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

27-03-2024, 20:40- Ramazanın 18-ci gününün DUASI

27-03-2024, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Haqqımızda Əlaqə

ƏDV-nin geri qaytarılması çərçivəsində vəsaitlərin karta köçürülməsi imkanı yaradılıb

Tarix:21-07-2020, 11:43

ƏDV-nin geri qaytarılması çərçivəsində vəsaitlərin karta köçürülməsi imkanı yaradılıb Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi çərçivəsində “BirBank” mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV-ni geri al” bölməsi yaradılıb və virtual “pul qabı”na yerləşdirilmiş vəsaitlərin ölkədaxili bank kartlarına köçürülməsi üçün texniki imkanlar təmin edilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vətəndaşlar https://www.edvgerial.az portalından topladığı vəsaitləri özünün kart hesabına köçürərək vəsaiti nağdsız ödənişlərdə xərcləyə bilərlər. Hər bir istifadəçi balansına uyğun olaraq, minimum 5 manat məbləğində vəsaiti kart hesabına köçürə bilər. Karta bir köçürmə əməliyyatı üzrə maksimum məbləğ isə 500 manat müəyyən edilib.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.

Xatırladaq ki, indiyədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda 10 iyul 2020-ci il tarixədək təqribən 364 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 80%-i (təqribən 290 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib. Bu müddətə qədər vətəndaşlar tərəfindən 10,3 milyondan çox kassa çeki barədə məlumat portalda qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği təqribən 5 mln. manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 2,7 mln. manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Xatırladaq ki, qaydalara əsasən, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, “BirBank” tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. Nəzarət-kassa aparatı çekinin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə bilərlər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...