Anons

Bu gün, 17:09- "Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Haqqımızda Əlaqə

“Nar “ “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olmaqda davam edir

Tarix:22-04-2020, 12:03

“Nar “ “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olmaqda davam edir “Nar” koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan mübarizəyə dəstək məqsədilə zəruri tədbirlər həyata keçirməkdədir. Belə ki, mobil operatorun mütəxəssisləri qısa zaman ərzində “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin mobil operatorla inteqrasiyasına və abunəçilərə fasiləsiz xidmət göstərilməsinə nail olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi sistem “Nar” tərəfindən qısa müddət ərzində test edilib və lazımi tənzimləmələr aparılıb. Nəticədə, mobil operatorun abunəçiləri vətəndaşların yaşayış yerlərini tərk etmələrinə dair icazələrin alınması məqsədilə istifadəyə verilmiş "8103" qısa nömrəsindən ödənişsiz və fasiləsiz yararlana bilirlər.

Eyni zamanda, abunəçilərin "8103" xidməti ilə bağlı yarana biləcək suallarını cavablandırmaq məqsədilə “Nar”, sosial media səhifələrində bir çox faydalı məlumatlar paylaşır. Həmçinin, abunəçi bazasına maarifləndirici SMS məlumatlarının göndərilməsi də təmin olunub.

Koronavirus pandemiyası ilə əlaqədar abunəçilərin sorğularını fasiləsiz cavablandırılması məqsədilə “Nar” müştəri xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda, mobil operator xüsusi karantin rejimində abunəçilərinin evdən çıxmadan bir çox xidmətlərdən yararlanmasına dəstək olub. Abunəçilər öz sorğularını evdən çıxmadan 777 Çağrı Mərkəzi ilə yanaşı, “Nar+” mobil tətbiqi vasitəsilə də ünvanlaya bilərlər. Bununla yanaşı, 02.04.2020 tarixindən etibarən abunəçilər üçün “Səyyar Nar” xidməti də təşkil edilib. Bu xidmət vasitəsilə “Nar” nümayəndəsi müştərinin ünvanına gəlir və nömrə ilə bağlı sorğunu yerində həll edir. Bundan başqa, mobil operator məsafədən nömrə satışını da həyata keçirir və müştərilərin narsim.az vebsaytı üzərindən seçdikləri nömrə birbaşa evlərinə çatdırılır.

Qeyd edək ki, “Nar” koronavirus pandemiyasının ölkədə yayılmasına qarşı aparılan tədbirlərə dəstək göstərməyi öz sosial məsuliyyəti hesab edir. Mobil operator xüsusi karantin rejimi zamanı həyata keçirilən bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Nar “ “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olmaqda davam edir
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...