Anons

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

22-04-2024, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Haqqımızda Əlaqə

AYİB: Gəncədə ilk investisiya layihəsinin icrası üzrə danışıqlar aparılır

Tarix:12-03-2020, 12:31

AYİB: Gəncədə ilk investisiya layihəsinin icrası üzrə danışıqlar aparılır Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) və Gəncə şəhərinin rəhbərliyi tərəfindən şəhər üzrə ilk investisiya layihəsinin müəyyənləşdirməsi istiqamətində işlər aparılır.

Bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım İvana Duarte deyib.

Onun sözlərinə görə, AYİB-in tələblərə əsaslanan bir qurumun olmasını nəzərə alaraq, Gəncədə infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirməsinin həcmi şəhərin ehtiyaclarına uyğun olaraq təyin olunacaq.

"İşlərə bu həftə başlanıb və hazırda küçələrin işıqlandırması, şəhər nəqliyyatının və bərk məişət tullantılarının idarə edilməsi kimi məsələləri özündə birləşdirən bir sıra imkanlar nəzərdən keçiririk", - deyə İ. Duarte bildirib.

Qeyd edək ki, ötən həftə Gəncə şəhəri və AYİB Gəncə şəhərində təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəlib. Bank şəhərdə infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır. Azərbaycanın qərbində yerləşən Gəncə bankın investisiya qoyduğu ölkələrdə 40 şəhərin inkişafına dəstək olmuş AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlıdır. Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün "Yaşıl Şəhər" üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazırdır.

Xatırladaq ki, AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 mlrd. avro investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq şirkətin öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...