Anons

Bu gün, 19:03- Papanın səhhəti yaxşılaşıb

Bu gün, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Haqqımızda Əlaqə

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı

Tarix:4-03-2020, 13:57

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, “Nar” uğurlu layihələr həyata keçirməkdə davam edir. Azərbaycan Texniki Universitetinin (AzTU) 3 ən yaxşı nəticə göstərmiş tələbəsini baş ofisinə dəvət edən mobil operator tələbələri semestr boyu nümayiş etdirdikləri yüksək nəticələrə görə təbrik edib və onları dəyərli hədiyyələrlə mükafatlandırıb. AzTU-nun İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin qabaqcıl tələbələrinin “Nar” tərəfindən mükafatlandırılması 4 ildir ki, davam edir və artıq ənənə halını alıb.

Görüş zamanı İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin dosenti Elçin Gözəlov tələbələrin yüksək nəticə əldə etmək üçün həvəsləndirilməsini və ixtisaslarına uyğun istiqamətdə fəaliyyət göstərən şirkətlə tanışlığını yüksək dəyərləndirib. Tələbələrə Universitetin nəzdində yaradılan “Nar” GSM laboratoriyasının imkanlarından maksimum yararlanaraq mobil rabitənin əsaslarının öyrədildiyi, mobil operator tərəfindən rabitə təlimlərinin keçirildiyi və AzTU tələbələrinin “Nar”ın texniki heyətilə birgə təcrübə keçdiyi qeyd edilib.

Ölkədə təhsilin daha yüksək inkişafı, yerli kadrların yetişməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan birinə çevrilməsi məqsədilə “Nar”, 2016-cı ildən etibarən Azərbaycan Texniki Universiteti ilə ikitərfəli razılaşma əsasında tərəfdaşlıq edir. Bu çərçivədə mütəmadi layihələr icra edən mobil operator, universitetlə daha genişmiqyaslı layihələr həyata keçirmək niyyətindədir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...