Anons

Dünən, 21:55- Hər vətəndaşa 250 manat yardım ayrılacaq - RƏSMİ AÇIQLAMA

28-03-2020, 13:05- Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28-03-2020, 12:36- “Bakı Metropoliteni”indən sərnişinlərə müraciət - iş vaxtı dəyişib

28-03-2020, 10:46- Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI

25-03-2020, 21:31- Qərbi Azərbaycana(Ermənistana)Qayıdış Birliyinin sədri Rizvan Talıbovun Müraciəti

25-03-2020, 20:04- Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı - RƏSMİ

25-03-2020, 19:25- Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir

25-03-2020, 12:33- Mübariz Mənsimovun ortağı Levon Termenciyan ABŞ-da həbsə məhkum edildi

24-03-2020, 20:00- Sürücü yol polisinin videosunu yaydı: söyülən özü oldu - VİDEO

24-03-2020, 19:45- Sosial şəbəkədə yayılmış kadrlarla bağlı Yol Polisindən açıqlama - VİDEO

24-03-2020, 14:13- Koronavirus səbəbindən ölənlərin sayı 16 568-ə çatıb.

24-03-2020, 10:02- ''Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

23-03-2020, 21:20- Son dəqiqə! Azərbaycanda sabahdan karantin elan edilir

22-03-2020, 22:12- Azərbaycanda bütün iri ticarət mərkəzləri və “Mall”lar bağlandı - RƏSMİ

22-03-2020, 16:22- “Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, tibb işçiləri və pasiyentlər üçün pulsuz rabitə

20-03-2020, 15:04- Nərmin Şahmarzadənin atasından sensasion açıqlamalar: “Mən gizlənirəm...”

19-03-2020, 17:27- “Nar+” tətbiqini yüklə və hədiyyə qazan!

19-03-2020, 17:11- Avstriya radiosu Azərbaycana bağlı silsilə verilişlər yayımlayacaq

19-03-2020, 16:52- Zakir Həsənov hərbiçiləri təbrik etdi

19-03-2020, 16:38- Uşaqlar arasında mövsümi xəstəliklərin sayı kəskin azalıb – BAŞ PEDİATR

Haqqımızda Əlaqə

Mərkəzi Bankla İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanıb

Tarix:25-02-2020, 10:41

Mərkəzi Bankla İtaliya Milli Mikrokredit Agentliyi arasında Memorandum imzalanıb 25 fevral 2020-ci il, Bakı: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və İtaliya şirkətlərinin iştirakı ilə Biznes Forum təşkil edilib.

Mərkəzi Bankdan bildirilib ki, Biznes Forum zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair Mərkəzi Bankın sədri Elman Rüstəmov və İtaliya Respublikasının Milli Mikrokredit Agentliyinin prezidenti Mario Baççini Anlaşma Memorandumu imzalayıblar.

Memorandumun məqsədi Azərbaycan Respublikasında mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı təcrübəsinin mübadiləsi sahəsində tərəflər arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir.

İmzalanmış Memoranduma əsasən iki təşkilat arasında mikrokredit alətlərinin təşviq edilməsi, hüquqi və tənzimləyici çərçivənin inkişafı, monitorinqi və qiymətləndirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bu əməkdaşlıq mikromaliyyə xidmətləri sahəsinin inkişafı və mikromaliyyələşmə fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə xarici tərəfdaş təşkilatlar ilə təcrübə mübadiləsi imkanlarının artırılmasında mühüm rol oynayacaq.

Nəzərdə tutulan əməkdaşlıq ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın inkişafında maliyyə sektorunun rolunun artırılması üzrə irəli sürdüyü vəzifələrin uğurla reallaşmasına, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasında kredit institutlarının rolunun yüksəldilməsinə də töhfə verəcək.

Qeyd edək ki, İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi Avropa Birliyi tərəfindən təşviq edilən və maliyyələşdirilən mikro-maliyyə alətlərinin təşviqi, tənzimlənməsi, qiymətləndirilməsi və monitorinqini həyata keçirən milli agentlikdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...