Anons

Dünən, 22:31- İRADƏ GÜLMƏMMƏDOVA GÜZDƏK QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL KEÇİRDİ -​ FOTO

Dünən, 17:10- Aİ koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərinə 232 milyon avro ayırıb

Dünən, 16:49- Bakı I Media Forumu keçiriləcək

Dünən, 16:30- Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Dünən, 16:07- Gürcüstan İran və İtaliya ilə yük və sərnişin daşımalarını dayandırıb

Dünən, 15:50- “ASAN Həyat” Bahar Festivalı keçiriləcək

Dünən, 15:24- Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

Dünən, 15:15- Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi

Dünən, 15:03- Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq

Dünən, 14:51- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Dünən, 14:42- "Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb

Dünən, 14:28- Tokio-2020 ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb

Dünən, 14:16- Bakıda uşaqların bağçalara qəbulu elektron həyata keçiriləcək

Dünən, 13:55- Ədliyyə Nazirliyi və Mətbuat Şurası birgə müsabiqə elan edib

Dünən, 13:43- Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək

Dünən, 13:34- Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb

Dünən, 13:21- Nepalın yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət”də

Dünən, 13:12- ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib

Dünən, 13:00- “Xocalı soyqırımı: hüquqi problemlər” adlı dəyirmi masa keçirilib

Dünən, 12:49- Jurnalistika fakültəsində dəyirmi masa keçirilib

Haqqımızda Əlaqə

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb

Tarix:13-02-2020, 19:26

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq malları üzrə 101,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil edib.

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 100,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3 faiz, qeyri-ərzaq malları üzrə 100,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,8 faiz təşkil edib.

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, kərə və bitki yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, şəkərin, çayın, qəhvənin, spirtli içkilərin qiymətlərində bahalaşma, portağalın, bananın, kivinin, qozun, çuğundurun, yerkökünün, mərcinin, şəkər tozunun, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyimin, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, boyaların, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, mobil telefonların, fotoaparatların, fərdi kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabıların təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ictimai iaşə xidmətlərinin qiymətlərində bahalaşma, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...