Anons

Dünən, 22:31- İRADƏ GÜLMƏMMƏDOVA GÜZDƏK QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL KEÇİRDİ -​ FOTO

Dünən, 17:10- Aİ koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərinə 232 milyon avro ayırıb

Dünən, 16:49- Bakı I Media Forumu keçiriləcək

Dünən, 16:30- Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Dünən, 16:07- Gürcüstan İran və İtaliya ilə yük və sərnişin daşımalarını dayandırıb

Dünən, 15:50- “ASAN Həyat” Bahar Festivalı keçiriləcək

Dünən, 15:24- Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

Dünən, 15:15- Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi

Dünən, 15:03- Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq

Dünən, 14:51- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Dünən, 14:42- "Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb

Dünən, 14:28- Tokio-2020 ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb

Dünən, 14:16- Bakıda uşaqların bağçalara qəbulu elektron həyata keçiriləcək

Dünən, 13:55- Ədliyyə Nazirliyi və Mətbuat Şurası birgə müsabiqə elan edib

Dünən, 13:43- Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək

Dünən, 13:34- Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb

Dünən, 13:21- Nepalın yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət”də

Dünən, 13:12- ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib

Dünən, 13:00- “Xocalı soyqırımı: hüquqi problemlər” adlı dəyirmi masa keçirilib

Dünən, 12:49- Jurnalistika fakültəsində dəyirmi masa keçirilib

Haqqımızda Əlaqə

Azərbaycanda yerli kartof sortları niyə azalır?

Tarix:13-02-2020, 16:10

Azərbaycanda yerli kartof sortları niyə azalır? Azərbaycanda bəzi fermerlər yerli kartof toxumlarını almağa maraq göstərmir. Ölkəyə gətirilən GMO kartof sortlarının yayılması yerli sortların inkişafına mane olur. Nəticədə Azərbaycanda yerli sort kartofların istehsalı azalır.

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev açıqlamasında bildirib ki, həmin fermerlər xarici ölkələrdən toxum gətirməyə üstünlük verirlər:

"Bizim institut tərəfindən yerli sortlar qorunub saxlanılır, artırılır. Yerli "Telman" sortu var ki, 2018-ci ildən həmin sort artırılır. Hazırda bu sortun toxumunu tapmaq mümkün deyil, çünki digər sortlara nisbətən bu toxumlar bahadır. Amma digər sortlar var ki, onlar ucuzdur. "Telman" sortunun artıq laboratoriya şəraitində virussuz toxumlarının yaradılmasına başlanılıb. Çalışırıq ki, bu sortu daha da artıraq. Bu sortun məhsuldarlığı, keyfiyyəti heç də xarici sortlardan geri qalmır. Əksinə onun toxumları xarici sortlardan daha davamlı və uzunömürlüdür. Bu sortun yetişdirilməsi aqrotexniki qaydalara uyğun aparılarsa, hektara 45-50 ton məhsul verir".

E.Allahverdiyev bildirib ki, bəzi fermerlərin ixtisaslaşmamış fəaliyyət göstərməsi həmin toxumların inkişaf etdirilməsinə problem yaradır: "Məsələn, bizim istehsal etdiyimiz elit rekroduksiyalı toxumlar var ki, onlar yerli sortlardır. Biz həmin toxumları fermerlərə veririk, lakin onlardan toxum kimi istifadə olunmur. Fermerlər əldə edilən məhsulu əmtəəlik olaraq bazara çıxarır, gələn ilə toxum saxlamır. Bu prosesdə də avtomatik olaraq toxum zənciri qırılır. Ona görə də bu sahədə problem yaranır".

İnstitut direktoru qeyd edir ki, bu sahədə fermerlər arasında maarifləndirmə güclənməli və yerli sortların inkişafı davam etdirilməlidir: "Məhsuldan toxum kimi istifadə etmək onlar üçün daha sərfəlidir. Lakin onlar GMO kartof sortlarının yayılmasına üstünlük verirlər. Çünki Hollandiyadan və digər ölkələrdən gətirilən bu sort kartof toxumları məhsuldar və əmtəə görünüşlü olur. Amma onlar anlamalıdırlar ki, həmin toxumlar yalnız bir il məhsuldar olur. Növbəti ildə həmin məhsuldan toxum götürmək olmur. Son illər Hollandiya, Rusiya və Almaniyadan xarici sort kartof toxumları gətirilir. Hollandiya və Almaniya sortları olan kartof toxumlarını biz də sınaqdan keçirmişik. Düzdür, birinci il həmin sortlar yüksək məhsuldarlıq verir. Amma ikinci il həmin toxumların məhsuldarlığı nəzərə çarpacaq dərəcədə aşağı düşür. Çünki yerli torpaq, iqlim şəraiti kimi faktorlar ona təsir edir. Bizim fermerlərdə belə bir vərdiş var: bahalı toxumları alıb Azərbaycana gətirib əkirlər, həmin sahəyə lazımi qulluq edir, gübrə verir, vaxtında baxır, amma yerli sortları əkəndə ona maraq göstərmirlər".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...