Anons

Bu gün, 15:57- Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Haqqımızda Əlaqə

Bakıya gələn ay 27 müasir zibil maşını gətiriləcək

Tarix:27-01-2020, 14:04

Bakıya gələn ay 27 müasir zibil maşını gətiriləcək Ötən ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub:

"Vətəndaşlarla aparılan maarifləndirici tədbirləri öz bəhrəsini verməkdədir. Nərimanov rayonunda yaradılan 400 ədəd konteyner meydançasında tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir".

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində növbəti dəfə Bakıya ezam olunmuş Mott MacDonald şirkətinın nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi Nik Wilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində ötən müddət ərzində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi vacib məsələ olduğundan hər 2-3 aydan bir bu prossesin təkrarlanması aparılır. Onun bu gəlişi ötən ilin nəticələrini araşdırmaq, növbəti mərhələyə hazırlıqdır. Mott MacDonald şirkətinın nümayəndəsi kommunal xidmətlərin işini yüksək qiymətləndirərək layihənin müvəffəqiyyətlə həyata keçirilməsini qeyd edib və yaxın vaxtlarda digər rayonların da bu layihəyə qoşulacağını bildirib.

Layihənin həyata keçirildiyi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birlitinin rəisi Elçin Həşimov bildirib ki, əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. İyul ayından bu günə kimi artıq 11 monitorinq keçirilib və hər dəfə müsbət irəliləyişlər qeydə alınıb. Bu ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur.

Bildirilib ki, bu gün ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlərin alınmasına başlanılıb. Dekabrın sonunda Almaniya istehsalı olan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin ilk 5 ədədi Bakıya gətirılib, fevral ayında daha 27 ədəd nəqliyyat vasitəsi gətiriləcək.

Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, əl əməyindən istifadəni azaldacaq, kommunal xidmətlərin mövcud avtopatkınin yeniləşməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...