Anons

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Dünən, 14:17- Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

Dünən, 13:08- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Dünən, 12:24- Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Haqqımızda Əlaqə

Leyla Məmmədova: Növbəti ildə “Kənddən Şəhərə” satış mərkəzlərinin sayı artırılacaq

Tarix:24-01-2020, 16:35

Leyla Məmmədova: Növbəti ildə “Kənddən Şəhərə” satış mərkəzlərinin sayı artırılacaq "Kənddən Şəhərə" layihəsi çərçivəsində Nizami küçəsi 154B ünvanında eyniadlı satış mərkəzinin fəaliyyətə başlamasından bir il ötür. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" (ATT) ASC tərəfindən həyata keçirilən layihənin əsas məqsədi yerli kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, onları dəstəkləmək və paytaxt sakinlərinin qida məhsullarına olan tələbatını təbii və sağlam məhsullarla ödəməkdir.

ATT İdarə heyətinin sədri Leyla Məmmədova açıqlamasında “Kənddən Şəhərə” layihəsinin paytaxt sakinlərinin kənd məhsullarına əlçatanlığının təmin edilməsində rolunun böyük olduğunu vurğulayıb: “Bizim əsas məqsədimiz paytaxt sakinlərinin yerli kiçik və orta fermer təsərrüfatı məhsullarına əlçatanlığını vasitəçilərin sayını azaltmaqla təmin etmək idi. Bu günə qədər "Kənddən Şəhərə" satış mərkəzlərinin fəaliyyəti və onlayn satış çərçivəsində 200-dən artıq fermerlə əməkdaşlıq edilib və bu say hər ötən gün artmaqdadır. Satış mərkəzlərimiz təkcə fermerlər üçün deyil, eyni zamanda, paytaxt sakinləri üçün də əlverişlidir. Belə ki, burada məhsullar digər mağaza və bazarlardan daha münasib qiymətə satılır. Bu bir il ərzində fəaliyyətimizdə bir sıra yeniliklər həyata keçirdik və növbəti ildə də yeniliklər tətbiq etməyə davam edəcəyik. Çalışırıq ki, gələcəkdə “Kənddən Şəhərə” brendini özəl sektor hesabına daha da inkişaf etdirək. Növbəti ildə “Kənddən Şəhərə” satış mərkəzlərinin sayını artırmağı da planlaşdırırıq.”

Leyla Məmmədova “Kənddən Şəhərə” layihəsinin yalnız satış mərkəzi ilə kifayətlənmədiyini də bildirib. Diqqətə çatdırıb ki, bu layihə yalnız satış mərkəzindən ibarət deyil. Biz yerli qida məhsullarını “Kənddən Şəhərə” brend adı altında qablaşdırırıq. Artıq eyniadlı yarmarkaların sayı 5-ə çatıb. Biz fermerlərlə, həmçinin həftəsonu yarmarkaları çərçivəsində də əməkdaşlıq edirik. Bu günədək 1000-dən artıq fermerin yetişdirdiyi kənd təsərrüfatı məhsulları birbaşa özləri tərəfindən yarmarkalarda satışa çıxarılıb.

Qeyd edək ki, vətəndaşların “Kənddən Şəhərə” satış mərkəzinə və yarmarkalara olan marağını nəzərə alan təşkilatçı qurum cari ilin iyul ayında Əhmədli qəsəbəsində daha bir satış mərkəzini istifadəyə verib. Satış mərkəzlərində yerli kiçik və orta fermer təsərrüfatları, eləcə də qida istehsalçıları tərəfindən istehsal edilən təbii və sağlam məhsullar alıcılara təqdim edilir. Həmçinin burada “Kənddən Şəhərə” brend adı altında qablaşdırılan qida məhsullarının (Zaqatala çayı, noxud, düyü və s.) satışı da həyata keçirilir.

“Kənddən Şəhərə” satış mərkəzinin onlayn sifariş xidməti də fəaliyyət göstərir. Belə ki, paytaxt sakinlərinə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə ATT tərəfindən http://kenddenshehere.az/ saytı istifadəyə verilib. Vətəndaşlar sayta daxil olmaqla və ya +994504009977 telefon nömrəsinə zəng etməklə ünvanlarını tərk etmədən istədikləri yerli qida və kənd təsərrüfatı məhsullarını əldə edə bilərlər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...