Anons

Bu gün, 13:38- Londonda 85 milyonluq məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir - DETALLAR

Bu gün, 13:08- İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir

Bu gün, 11:07- Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…

Bu gün, 10:06- "Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!

Dünən, 21:50- Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 18:50- Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT

Dünən, 18:24- " “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ

Dünən, 17:34- Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?

Dünən, 16:57- “Bundan sonra bura Zəfər meydanıdır”

Dünən, 16:38- Prezident xalqı təbrik etdi

Dünən, 16:30- Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti

Dünən, 16:08- Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!

Dünən, 15:24- Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

Dünən, 14:35- Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur

Dünən, 13:53- Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

Dünən, 13:02- Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Dünən, 12:35- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...

Dünən, 11:48- "Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY

Dünən, 10:55- Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...

Dünən, 10:30- “Atamı KQB öldürdü...” - “Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?

Haqqımızda Əlaqə

ADRA 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək

Tarix:24-01-2020, 13:38

ADRA 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək.

ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “İcazələr” proqram təminatı yenilənəcək. Açıq məkandakı reklam daşıyıcıları və reklamların qeydiyyatının optimallaşdırılması məqsədilə agentliyin istifadə etdiyi “İcazələr” proqram təminatını Elektron Hökumətin İnkişafı Mərkəzi tam yeniləyıb. Hazırda proqram təminatı agentliyin Mərkəzi Aparatında test rejimində istifadə olunur və tezliklə regional idarələrdə də tətbiq olunacaq. Növbəti mərhələdə isə xidmət my.gov.az portalına inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, müvafiq əməliyyatları (sistemdə qeydiyyat, icazə üçün müraciətin göndərilməsi, icazə üçün tələb olunan məlumatların daxil edilməsi, ödənişin aparılması) sahibkar özü asanlıqla həyata keçirə biləcək.

Bununla yanaşı, reklam daşıyıcıları istehsalının təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılacaq. Agentliyin tabeliyində fəaliyyət göstərən istehsal müəssisəsi yeni nəsil reklam qurğularının keçən ildən başlanan istehsal prosesini daha da inkişaf etdirəcək. ADRA-nın təşəbbüsü ilə Bakıda əldə olunan razılığa əsasən Çinin Shenzhen GCL Electronics şirkəti müəssisəni LED panelləri ilə təmin edəcəkdir. Bu da hər bir LED tipli reklam qurğusunun yerli istehsal xərcini ölkəyə idxal xərcindən daha ucuz edəcəkdir. Ölkədə LED tipli reklam qurğularının sayının artması reklam operatorlarının da gəlirlərini artıracaq, reklam bazarının genişlənməsi üçün stimul yaradacaq.

Reklamvericilər üçün daşıyıcıların müasirliyi ilə yanaşı reklamın effektivliyi barədə də məlumat almaq da önəmlidir. Bu məqsədlə, mümkün ərazilərdə reklamların effektivliyinin ölçülməsi və nəticələr barədə sahibkarların məlumatlandırılması da qarşıya qoyulan hədəflərdəndir. Effektivlik indeksi beynəlxalq səviyyədə əsasən müəyyən vaxt ərzində reklam daşıyıcısı yaxınlığından keçən avtomobil və piyadaların sayı, həmçinin reklamın görünməsi imkanını əks etdirir. Bu məlumatların yığılması və emal olunması müşahidə kameraları, həmçinin onlara aid xüsusi proqram təminatı vasitəsilə mümkün olacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...