Anons

Bu gün, 13:42- TƏBİB: Aşura günü məscidlərdə qanvermə aksiyaları keçirilməyəcək

Bu gün, 10:25- Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

Dünən, 13:34- Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Dünən, 11:50- Dünyada COVID-19-a yoluxanların sayı 21 milyonu keçib

13-08-2020, 15:47- Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13-08-2020, 14:15- Sabah yağış yağacaq - 14 avqustda gözlənilən hava şəraiti

13-08-2020, 12:37- Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”dan açıqlama

13-08-2020, 11:51- Prezidentin Mətbuat Xidmətinin məlumatı

12-08-2020, 18:02- Распространился «Черный список» послов - их отзовут

12-08-2020, 14:14- Mədəniyyət nazirinə müşavir təyin edilib

12-08-2020, 13:22- “Barselona”nın futbolçusu koronavirusa yoluxub

12-08-2020, 12:37- Türkiyənin Milli Müdafiə naziri ilə Baş Qərargah rəisi Azərbaycana gəlir

12-08-2020, 11:30- Bakı Nəqliyyat Agentliyi: Xəttə rekord sayda avtobus buraxılıb

11-08-2020, 20:45- Liseyin idman zalı sürücülük kursuna çevrilib

10-08-2020, 22:27- “Alkart” uğur gətirir. İmicinizi “Alkarta” etibar edin!!!

10-08-2020, 16:39- Azərbaycanın məşğulluq xəritəsi hazırlanır

10-08-2020, 14:01- Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib

9-08-2020, 12:23- Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

7-08-2020, 23:11- Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

7-08-2020, 13:15- İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

Haqqımızda Əlaqə

Azərbaycan Prezidenti: Keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir

Tarix:14-01-2020, 10:55

Azərbaycan Prezidenti: Keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir
Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilib. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra edib.

Bu sözləri Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlətimizin başçısı bildirib: “Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olub. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olub - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək”.

“Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artıb, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artıb. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaq”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...