Bu gün, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış
Dünən, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK
Dünən, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT
Dünən, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...
Dünən, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
Dünən, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ
Dünən, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
Dünən, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi
Dünən, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...
Dünən, 15:00- "Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ
Dünən, 14:20- BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...
Dünən, 13:48- Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”
Dünən, 12:19- Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA
Dünən, 11:12- Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət
Dünən, 10:34- Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev
Dünən, 09:54- Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA
Dünən, 09:28- "6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...
Dünən, 08:47- Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT
16-04-2024, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi
16-04-2024, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.
İşçi Qrupu Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərir. İşçi Qrupun həmsədrləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun (SAGİA) Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Bədir əl-Müfqainidir.
KOBİA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan və Səudiyyə Ərəbistanının müvafiq qurumlarının iştirakı ilə keçirilmiş iclasda ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində inkişafına və İşçi Qrupunun ötən müddətdəki fəaliyyətinə dair məlumat verilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə tədbirlərin təşkilinə, iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı məlumat mübadiləsinə, Səudiyyə Ərəbistanının müvafiq qurumlarının Agentliyin strukturuna daxil olan KOB İnkişaf Fondunda iştirak imkanlarına, qarşılıqlı biznes missiyaların təşkilinə dair müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi İşçi Qrupun həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SAGİA-nın sədr müavini İbrahim Al-Suavi imzalayıblar.
İşçi Qrupunun iclası çərçivəsində KOBİA nümayəndə heyəti Səudiyyə Ərəbistanın KOB-lara xidmət və dəstək göstərən bir sıra qurumlarında görüşlər keçirib. Səudiyyə İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Kiçik və Orta Müəssisələr Baş İdarəsi, Baş İnvestisiya Qurumu (SAGİA), Ər-Riyad Ticarət və Sənaye Palatası və Dövlət İnvestisiya Fondunun rəhbər heyəti ilə təşkil olunmuş görüşlərdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib
Görüşlərdə Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən KOBİA-nın fəaliyyətinə, Agentliyin mövcud dəstək mexanizmlərinə və reallaşdırılacaq layihələrə maraq ifadə olunub, əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşlərdə müvafiq olaraq hər iki ölkənin KOB-ları arasında səmərəli və məhsuldar əlaqələrin qurulması məqsədilə təcrübə, informasiya və potensial investisiya layihələri mübadiləsinə, Səudiyyə Ərəbistanının müvafiq qurumlarının KOB İnkişaf Fondunda iştirak imkanlarına, birgə müəssisələrin yaradılmasına, KOB-ların iştirakı ilə qarşılıqlı səfərlərin təşkilinə dair müzakirələr aparılıb. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən maliyyə sektorunda aparılan islahatları yüksək qiymətləndirib, ölkəmizdə maliyyə sektoru üzrə birgə tədbirin keçirilməsinə dair KOBİA nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Səudiyyə Ərəbistanın Kiçik və Orta Müəssisələr Baş İdarəsi ilə təşkil olunmuş görüşdə təcrübə mübadiləsi və texniki dəstək kimi məsələlərin öz əksini tapacağı birgə tədbirlərə dair yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib. SAGİA və KOBİA nümayəndələri arasında təşkil olunmuş görüşdə Müştərək Komissiya və İşçi Qrupu çərçivəsində mövcud əməkdaşlıq müsbət qiymətləndirilib, biznes forumun keçirilməsi, hər iki ölkənin KOB-larının iştirakı ilə Biznes Şurasının yaradılması müzakirə olunub. Ər-Riyad Ticarət və Sənaye Palatası ilə görüşdə isə KOB-ların iştirakı ilə qarşılıqlı səfərlərin keçirilməsi, ölkəmizdə və Səudiyyə Ərəbistanında təşkil olunacaq sərgilərdə KOB-ların iştirakı və belə formatda digər tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.