Anons

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub

Tarix:11-12-2019, 15:42

Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
Enerji Xartiyası Konfransının Brüsseldə keçirilən 30-cu iclasında Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edib.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir müavini “Sosial-iqtisadi, ətraf mühit və enerji hədəflərinə nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması” adlı sessiyada çıxış edib.

S.Vəliyev bildirib ki, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi və bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın uğurla reallaşdırılması sayəsində müstəqillik illərində investisiyaların həcmi 270 milyard ABŞ dolları olub. Son illərdə aparılan islahatların ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılmasına töhfələrindən bəhs edən nazir müavini Dünya Bankının “Doing Business 2020” reytinqində biznes mühitinin səviyyəsinə görə Azərbaycanı dünyada 25-ci yerə layiq gördüyünü diqqətə çatdırıb.

Energetika nazirinin müavini S.Vəliyev deyib ki, Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin edərək, transmilli enerji-kommunikasiya layihələri, xüsusilə də mənbə və marşrutların diversifikasiyasına xidmət edən “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir layihə ilə qlobal enerji təhlükəsizliyi sistemində mühüm tərəfdaşa çevrilməsi məhz əlverişli investisiya mühitinin nailiyyətləridir.

Nazir müavini hazırda energetika sektorunda, xüsusilə də bərpa olunan enerji sahəsində özəl sektorun iştirakının təmin edilməsi üçün kompleks islahatlara başlanıldığını, özəl və xarici investisiyanın cəlbi ilə bağlı görülən işləri diqqətə çatdırıb. “Azərbaycanın sərmayələri qoruyan siyasəti, xarici investorlarla səmərəli əməkdaşlıq təcrübəsi imkan verir ki, energetika sektorunda bazar münasibətlərinin formalaşdırılması, bərpa olunan enerji sahəsinin daha da inkişafı və enerji səmərəliliyi ilə bağlı hədəflərimiz uğurla həyata keçirilsin”, - deyə nazir müavini Samir Vəliyev bildirib.

Qeyd edək ki, gələn il Azərbaycan Enerji Xartiyası Konfransına sədrlik edəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...