Anons

Bu gün, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Bu gün, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Bu gün, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Bu gün, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Haqqımızda Əlaqə

I Gənc Sahibkarlar Forumu keçirilib

Tarix:10-12-2019, 14:29

I Gənc Sahibkarlar Forumu keçirilib Dekabrın 10-da Bakı Konqres Mərkəzində I Gənc Sahibkarlar Forumu keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Gənclər Fondunun və KOBİA yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dövlət qurumlarının, gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər, ümumilikdə 300-dən çox iştirakçı iştirak edib.

Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların bu sahədə fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunmuş forumda gənclərin sahibkarlıq fəaliyyətinə marağı, biznes fəaliyyətinə başlanmasına dair məsələlər, gənclərin yaradıcı təşəbbüslərinin və layihələrinin reallaşdırılması müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edərək bu sahədə dövlət dəstək mexanizmlərinin gənclər arasında təşviqinə, məşğulluq prosesinə gənclərin aktiv cəlb olunmasına, infrastruktur resurlardan səmərəli istifadəyə, gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına dair təkliflər səsləndirib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bu sahədə görülən tədbirlər, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlər, "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat veriblər.

Tədbir çərçivəsində KOBİA ilə Azərbaycan Gənclər Fondu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov imzalayıblar.

Həmçinin forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə tərəfindən əməkdaşlığa dair memorandum imzalanıb.
Forum çərçivəsində gənc sahibkarlar biznesin qurulmasına dair öz təcrübələrini bölüşüb, geniş müzakirələr aparılıb, gənc sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...