Anons

Bu gün, 14:49- Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Bu gün, 10:45- Milli Məclis bu günə iclas çağırdı - Gündəliyə 23 məsələ çıxarılır

Bu gün, 10:32- Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Bu gün, 10:19- İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir

Bu gün, 09:53- Tramp Türkiyəni sanksiyalarla hədələyib

Haqqımızda Əlaqə

Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Tarix:23-09-2019, 10:22

Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir Sentyabrın 20-də Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosu və ümumilikdə 400 milyon istifadəçisi olan “Ctrip” və “Qyer” onlayn platformaları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Memorandumun imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarını ortaq əməkdaşlıqla inkişaf etdirmək və Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaqdır.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Çinin getmə turizmi üçün böyük potensialı mövcuddur.

O diqqətə çatdırıb ki, 2018-ci ildə Çindən Azərbaycana 13 min nəfər gəlsə də, təkcə bu ilin avqust ayının sonunadək bu say 17 min nəfər təşkil edib və bu tendensiya artmaqdadır.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 21-dək Çinin Şanxay, Quançjou və Pekin şəhərlərində silsilə təqdimatlar keçirib.

"Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çinin hər üç şəhərindən ümumilikdə 250-ə yaxın turizm şirkəti iştirak edib.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.
İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...