Anons

Bu gün, 14:49- Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Bu gün, 10:45- Milli Məclis bu günə iclas çağırdı - Gündəliyə 23 məsələ çıxarılır

Bu gün, 10:32- Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Bu gün, 10:19- İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir

Bu gün, 09:53- Tramp Türkiyəni sanksiyalarla hədələyib

Haqqımızda Əlaqə

Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI

Tarix:20-09-2019, 09:36

Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 932,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 499,1 milyon dollar, idxalın dəyəri 8 milyard 433,7 milyon dollar təşkil edib, nəticədə 3 milyard 065,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə isə 6,0 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac 1,2 faiz artıb.

İxracın 30,1 faizini İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə, hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya, 13,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,1 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,6 faizi Çin, 6,7 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi Kanada, 3,8 faizi İran, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1133,0 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə isə 12,8 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (22,2 faiz), Gürcüstana (8,9 faiz), İsveçrəyə (7,8 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,1 faiz), Çinə (1,7 faiz), İrana (1,6 faiz) və Niderlanda (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
2019-cu ilin yanvar-iyul aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,2 faiz, təzə tərəvəz – 1,0 faiz, şəkər – 49,2 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 36,3 faiz, çay – 2,2 faiz, meyvə və tərəvəz konservləri – 6,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 33,5 faiz, pambıq lifi – 2,0 dəfə, pambıq ipliyi – 43,0 faiz, emal olunmamış alüminium – 6,2 faiz, qara metallardan yarımfabrikatlar – 39,5 faiz, bentonit gili – 5,2 faiz artıb, kartof ixracı isə 7,4 faiz, bitki yağları – 33,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,7 faiz, polietilen – 1,1 faiz, qara metallardan borular – 82,5 faiz azalıb.

2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2019-cu ilin yanvar-iyul aylarında buğda idxalı 9,2 faiz, təzə meyvə – 5,1 faiz, xam şəkər və şəkər – 1,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 2,4 faiz, kartof – 14,1 faiz, quş əti və onun əlavə məhsulları – 14,7 faiz, mal əti – 14,7 faiz, təzə tərəvəz – 39,7 faiz, minik avtomobilləri – 2,0 dəfə, polad prokatı – 21,2 faiz, mineral gübrələr – 18,6 faiz, hesablama maşınları, blok və qurğuları – 29,2 faiz, rezin şinlər – 10,1 faiz, məişət kondisionerləri – 1,8 dəfə, mebellər – 6,1 faiz, polietilen – 21,7 faiz, yük avtomobilləri – 1,7 dəfə, paltaryuyan maşınlar – 9,0 faiz, qara metallardan künclüklər – 11,9 faiz, avtobuslar – 2,0 dəfə artıb, bitki yağı idxalı isə 5,5 faiz, siqaret – 44,5 faiz, çay – 1,5 faiz, qara metallardan borular – 9,8 faiz, qara metallardan çubuqlar – 11,6 faiz, sement və sement klinkerləri – 20,9 faiz, məişət soyuducuları – 19,4 faiz azalıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...