Anons

Bu gün, 15:21- Yerli məhkəmələrə yeni səlahiyyət verilib

Bu gün, 15:12- Daha177 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Bu gün, 15:00- Azərbaycanda yeni medallar təsis edilir

Bu gün, 14:49- Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Bu gün, 10:45- Milli Məclis bu günə iclas çağırdı - Gündəliyə 23 məsələ çıxarılır

Haqqımızda Əlaqə

Azərbaycanda İLK DƏFƏ toxum sərgi-satış yarmarkaları keçiriləcək

Tarix:19-09-2019, 14:23

Azərbaycanda İLK DƏFƏ toxum sərgi-satış yarmarkaları keçiriləcək Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir.

Bunu Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdir müavini Xaqani Məmmədov “Toxumçuluğun mövcud vəziyyəti və aqrokimyəvi xidmətlər” adlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin may ayından nazirliyin müvafiq əmrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən toxumçuluq təsərrüfatlarında (buğda və arpa) yoluxması, alaqlanma dərəcəsi və s.) nəticələri yekunlaşmış, müvafiq standartın tələblərinə cavab verməyən əkin sahələri çıxdaş edilmişdir. Hal-hazırda toxumların səpin keyfiyyəti üzrə analizlər 12 regional toxum sertifikatlaşdırma mərkəzlərində (RTSM- Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad) və eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) mərkəzində həyata keçirilir:

"Mərkəzlər ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Fermerlər aldıqları sertifikatlı toxumun keyfiyyətinə bir daha əmin olmaq üçün qeyd olunan laboratoriyalarda yoxlatdıra bilərlər. Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir. Fermerlər sertifikatlı toxumu əldə etmək üçün AXA-nın www.axa.gov.az saytından toxum-satış bölməsindən ətraflı məlumat əldə edə bilərlər".

Bildirilib ki, yaxın zamanlarda ilk dəfə olaraq toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Burada əsas məqsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakçı ilə birbaşa əlaqələndirmək və toxum bazarını formalaşmasına dəstək verməkdir.

Qeyd edilib ki, 11 ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş regional aqrokimya laboratoriyaları (Abşeron, Quba, Bərdə, Göygöl, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran və Sabirabad) aqrar sahənin inkişafı üçün çox böyük önəm daşımaqla, fermerlərə torpağın məhsuldarlıq, fiziki göstərcilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini göstərir. Fermerlər əkindən öncə torpaqlarını analiz etdirib, qida maddələrinə olan tələbatının müəyyənləşdirilməsi vacib şərtdir. Aparılan analizlər ödənişlidir, ərazinin relyefi nəzərə alınmaqla 1 ha-dan 1 nümunə götürülür, hər parametr üzrə qiymətlər mövcuddur. Tam paket analizi 65 manat təşkil edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...