Anons

Bu gün, 15:12- Daha177 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Bu gün, 15:00- Azərbaycanda yeni medallar təsis edilir

Bu gün, 14:49- Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Bu gün, 10:45- Milli Məclis bu günə iclas çağırdı - Gündəliyə 23 məsələ çıxarılır

Bu gün, 10:32- Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Haqqımızda Əlaqə

“Əsrin müqaviləsi”nin 25 illik əsas faktları

Tarix:18-09-2019, 16:57

“Əsrin müqaviləsi”nin 25 illik əsas faktları “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi bu il öz 25 illiyini qeyd edir. Bu, həm Azərbaycan hökuməti, həm də BP və tərəfdaşları üçün çox mühüm hadisədir.

25 il öncə - 1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti ilə 7 ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında “Azəri-Çıraq-Günəşli” üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Bu saziş sonradan “Əsrin müqaviləsi” kimi tanındı. 2017-ci ilin sentyabrında isə həmin sazişin müddəti əsrin ortalarınadək uzadıldı.

Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başladı.

AÇG-nin 25 illiyi Azərbaycanın neft və qaz sənayesinin yeni tarixinin əlamətdar bir səhifəsidir. Bu ildönümü həm də SOCAR, BP və onun AÇG sazişindəki tərəfdaşları üçün əlamətdar bir tarixdir.

AÇG-nin 25 illik əsas faktları:

• 1997-ci ilin noyabrında ilk hasilat başlanandan bu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3,6 milyard barreldən artıq) neft hasil edilib.

• Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3,3 milyard barrel AÇG nefti dünya bazarına göndərilib.

• 2006-cı ildən bəri AÇG nefti ilə yüklənmiş 4300 tanker Ceyhan terminalından yola salınıb.

• Hasilatın başlanğıcından cari ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən çox AÇG səmt qazı Azərbaycana təhvil verilib.

• AÇG layihəsinin əsaslı xərcləri bu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil edib.

• 1994-cü ildə AÇG layihəsi başlanandan cari ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləyiblər.

• 2017-ci il sentyabrın 14-də AÇG sazişinin müddəti 2049-cu ilin sonunadək uzadılıb.

• Müqavilənin müddətinin uzadılmasının ardınca, bu il aprelin 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə sanksiya verilib. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.

• AÇG layihəsi çərçivəsində bir platforma – “Çıraq” platforması yenidən qurulmuş, 7 yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilib, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb.

• Bu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu olub.

• AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var. Ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 ətraf mühitə təsirin qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...