Anons

Bu gün, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Bu gün, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bu gün, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

Dünən, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

Dünən, 16:31- Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ

Dünən, 13:17- UEFA 775 milyon avroluq fond yaratdı

Dünən, 12:23- Ceff Bezosun sərvəti rekord səviyyəyə çatıb

Dünən, 11:56- Karantin postlarının götürülməsindən sui-istifadə edənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ

Dünən, 10:42- Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasından 102 il ötür

1-07-2020, 13:09- Ötən ilin noyabrından indiyədək Azərbaycanda 10 uşaq övladlığa götürülüb

1-07-2020, 12:28- Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

1-07-2020, 11:50- Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəallığı azalıb

1-07-2020, 10:46- Azərbaycanda siqaret bahalaşıb

30-06-2020, 13:04- Azərbaycanda əmək müqavilələrinin sayı 751 mini ötüb

30-06-2020, 12:22- Aİ COVID-19-la mübarizədə yardımın digər hissəsini də Azərbaycana göndərəcək

30-06-2020, 11:01- Təranə və Musanın qızı Qumral da müğənniliyə başladı - VİDEO

30-06-2020, 10:50- Azarkeşlər Azərbaycan millisinin oyununa buraxıla bilər

29-06-2020, 22:14- Daha 544 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi

29-06-2020, 14:15- Azərbaycan və Rusiya əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığı genişləndirəcək

29-06-2020, 12:38- Dəniz nəqliyyatı işçilərinə fəxri adlar verilib

Haqqımızda Əlaqə

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir

Tarix:16-09-2019, 17:08

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti sentyabrın 19-da Bakı şəhərində keçiriləcək “9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019” tədbirinə tərəfdaş qismində dəstək verir.

Bu barədə şirkətdən verilən məlumatda qeyd olunub.

“AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, şirkət uzun illərdir “Caspian European Club”u dəstəkləyir və təşkilatla sıx əlaqələrə sahibdir. “Sayca 9-cu olaraq keçiriləcək “Beynəlxalq Caspian Energy Forum Baku-2019” tədbirinin tərəfdaşı olmaqdan məmnunuq. Forum dövlət və özəl sektor, həmçinin beynəlxalq və regional təşkilatlardan olan çoxsaylı nümayəndələri bir araya gətirəcəkdir. Əminik ki, forum ən müxtəlif sahələrdə faydalı fikir mübadiləsinin, müzakirələrin aparılması və yeni biznes əlaqələrinin qurulmasına öz töhfəsini verəcəkdir” - deyə Fuad Allahverdiyev qeyd edib.

“Caspian Energy Club”un birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ölkənin inkişaf edən telekommunikasiya sektorunda qabaqcıl şirkətlərdən biri olan “AzerTelecom” şirkəti ilə “Caspian European Club” arasında artıq uzun müddətdir səmərəli əməkdaşlıq əlaqələri vardır və bu əlaqələr davamlı şəkildə inkişaf edir. Şirkət “Caspian European Club” tərəfindən keçirilən ən müxtəlif tədbirlərdə yaxından iştirak edir və əməkdaşlığa öz töhfəsini verir.

“9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik və “Caspian Energy” jurnalının fəaliyyətinin 20 illik yubileyinə həsr olunub. Forumun işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edəcək və forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya neft-qaz sektorunun, sənayenin inkişafı mövzusuna və Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələsinə toxunulacaq və Azərbaycanda investisiyalaşdırma imkanları barədə ətraflı danışılacaq. İkinci sessiyada əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın aqrosənaye kompleksinin və turizm potensialının inkişafı barədə geniş hesabat veriləcək.

Caspian European Club barədə: Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. “Caspian European Club”un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

“AzerTelecom” barədə: “AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqram Azərbaycanın Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...