Anons

18-01-2020, 21:20- İlin Jurnalisti mükafatını dünya şöhrətli yazıçı Çingiz Abdullayev təqdim edib

18-01-2020, 17:29- 100 GR SABUNU 6460 AZNƏ SATIR

17-01-2020, 17:10- BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

17-01-2020, 16:56- BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020, 16:33- Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

17-01-2020, 16:15- YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

17-01-2020, 15:57- Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

17-01-2020, 15:48- “Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

17-01-2020, 15:25- Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

17-01-2020, 15:14- Xaricdəki Azərbaycan evlərinin sayı artır

17-01-2020, 15:06- Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

17-01-2020, 14:52- Bakıda 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

17-01-2020, 14:43- ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

17-01-2020, 14:31- “20 Yanvar: şəhidlər ölməz, Vətən bölünməz”

17-01-2020, 14:23- Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

17-01-2020, 14:05- AQTA saxta yağlarla bağlı xəbərdarlıq etdi

17-01-2020, 13:53- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

17-01-2020, 13:39- Sabah külək güclənəcək

17-01-2020, 13:28- Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

17-01-2020, 13:16- Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

Haqqımızda Əlaqə

Azərbaycan qarğıdalı ixracına başlayıb (ÖZƏL)

Tarix:12-09-2019, 09:56

Azərbaycan qarğıdalı ixracına başlayıb (ÖZƏL) Azərbaycan Gürcüstana qarğıdalı ixracına başlayıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, bu il ölkədə 32,9 min hektar qarğıdalı əkilib. Ötən illə müqayisədə bu il qarğıdalı əkini 4,1 faiz çox olub.

İstehsal olunan məhsula gəlincə, 2018-ci ildə Azərbaycanda 247,9 min ton dən üçün qarğıdalı istehsal olunub. Ölkə üzrə orta məhsuldarlıq hektara 57,7 sentner olub. Məlumata görə, bu ilin 7 ayı ərzində isə 3 min hektar sahədən 14,4 min ton qarğıdalı yığılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. Yığım bu il hektara 47,9 sentner olub.

Nazirlikdən daha sonra qeyd edilib ki, Azərbaycan artıq xaricə də qarğıdalı ixracına başlayıb. Belə ki, bu il ölkəmizdən Gürcüstana 0,9 ton qarğıdalı göndərilib. Gələcəkdə bu məhsulun ixrac coğrafiyasının genişlənməsi üçün münbit şərait var.

Qeyd edək ki, son 20 ildə Azərbaycan Dövlət Aqrar Universitetinin taxıl və paxlalı bitkilər laboratoriyasının təcrübə sahəsində qarğıdalı bitkisi üzərində çarpazlaşma və seçmə işi aparılaraq həm yüksək nəticələr əldə olunub, həm də genefond daha da zənginləşdirilib. Universitetdə aparılan elmi-tədqiqat işləri nəticəsində 2011-ci ildə ilk dəfə rayonlaşdırılmış "ADAU-80" yeni qarğıdalı sortu alınıb. Hazırda həmin sort respublikanın bir çox rayonlarında və fermer təsərrüfatlarında geniş şəkildə becərilir. Bu sort istər məhsuldarlığına, istərsə də yaşıl kütlə kimi istifadəsinə görə nəinki yerli, həm də xaricdən gətirilən sortlardan çox üstündür.

Aqrar Universitetdə aparılan geniş elmi-tədqiqat işləri nəticəsində əldə olunan başqa bir sort - "Gəncə" 2014-cü ildən rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib. Eyni zamanda, "Məhsuldar" adlı yeni qarğıdalı sortu da dövlət standartından müvəffəqiyyətlə keçib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...