Anons

Bu gün, 16:13- Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

Bu gün, 15:43- “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib (FOTO)

Bu gün, 15:31- Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub

Bu gün, 15:19- Kənd Təsərrüfatı Nazirliyi: İsmayıllıdakı hadisə günvurna ilə bağlıdır (ÖZƏL)

Bu gün, 15:10- Qaxda III Bal bayramı keçirilir

Bu gün, 14:58- Yasamal rayon MKS-inin 3 saylı filialının əməkdaşları Gülhüseyn Hüseynoğlunun “Mücrü“ kitabının təqdimatında

Bu gün, 14:46- Hüseyn Abdullayevə 8 il cəza istənildi - Məhkəmə zalından çıxarıldı

Bu gün, 14:23- Azərbaycanda İLK DƏFƏ toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu gün, 14:14- Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir

Bu gün, 13:32- Sabah 34 dərəcə isti olacaq

Bu gün, 13:19- ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bu gün, 13:07- Azərbaycanda ətin üzərinə nişan qoyulmasına görə 5 manatadək rüsum tutulacaq

Bu gün, 12:54- Azərbaycan millisi FİFA reytinqində 109-cu pillədə qalıb

Bu gün, 12:45- MTRŞ-nın Aparat rəhbəri vəzifəsi üzrə müsahibə elan edilib

Bu gün, 12:33- Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Bu gün, 12:21- Sosial şəbəkələrin forması dəyişiləcək

Bu gün, 12:10- Ana 10 aylıq körpə qızını boğub öldürdü - Azərbaycandakı dəhşətli qətlin təfərrüatı

Bu gün, 11:52- Bakıda İpək Yolu ölkələri məhsullarının sərgisi işə başlayıb

Bu gün, 11:38- “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb

Bu gün, 11:29- Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

Haqqımızda Əlaqə

Azərbaycanda Yunanıstan və Amerika pambıq sortlarının yetişdirilməsinə başlanılıb - FƏRQİ? (ÖZƏL)

Tarix:11-09-2019, 10:27 Baxış Sayı:0

Azərbaycanda Yunanıstan və Amerika pambıq sortlarının yetişdirilməsinə başlanılıb - FƏRQİ? (ÖZƏL) Azərbaycanda 12 yeni pambıq növü yetişdirilməsinə başlanılıb.

Bu barədə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərtər Regional Aqrar Elm İnnovasiya Mərkəzinin direktoru Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, artıq həmin pambıq sortları mərkəz tərəfindən hibridləşdirilib və təcrübə üçün 2 hektar ərazidə əkilib:

"Yeni sortların 4-ü Azərbaycan, 4-ü Türkiyə, 2-si Amerika, 2-si isə yunan sortlarıdır. Bu sortlar aqrotexniki qaydada hibridləşdirilərək əkilib. Amerika və yunan sortları yunan qaydaları ilə becərilir. Bunun üçün Yunanıstandan nümayəndə heyəti Azərbaycana dəvət edilib, onların köməkliyi ilə pambıq sortları əkilib və qulluq olunub. Yaxın günlərdə yunan nümayəndə heyəti növbəti dəfə bu məqsədlə Azərbaycana gələcək, pambıq sortunun becərilmə və məhsuldarlıq səviyyəsinə baxış keçirəcək".

M.Əliyev bildirib ki, yeni yetişdirilən pambıq növləri - "Gəncə - 110", "Gəncə - 160", "Gəncə - 114", "Gəncə - 182" Azərbaycan, "BA - 440", "Flash", "Lima" və "Karizma" Türkiyə, "Christina", "Prime - 1004" Yunanıstan, "PRG 9811" və "PRG 9048" isə Amerika sortlarıdır.

Onun sözlərinə görə, yeni sortlar may ayından icrasına başlanan "Yerli və xarici pambıq sortlarının müqayisəli qiymətləndirilməsi" layihəsi çərçivəsində əkilməyə başlayıb. Layihənin icra müddəti 3 ildir: "Bu pambıq sortları yerli pambıqlardan fərqli olaraq suya davamlıdır və tez yetişir. "Yunan" sortuna xüsusi üsulla, yunan üsulu ilə qulluq edilir. Buna layihə çərçivəsində Azərbaycana gələn yunan nümayəndə heyəti də nəzarət edir, onlar pambıq yetişənədək 4 dəfə Azərbaycana gələcək, həmin sort pambıqların becərilməsinə nəzarət edəcək. Bir sözlə, səpin, becərmə, qönçələmə və tozlanma dövrlərinə yunanlar özləri nəzarət edirlər".

M.Əliyev əlavə edib ki, bu sort pambıqlar yığılandan sonra çiyidləri toplanaraq xüsusi qaydada saxlanılacaq və növbəti il üçün səpinə hazırlanacaq:

"Layihəyə görə, bu sortlar 3 il əkiləcək və məhsuldarlıq yoxlanılandan sonra uyğun olarsa, əkin sahələri artırılacaq. Bu sortların yerli sortlardan fərqi rənginin daha ağ olması, çiyidinin azlığı və suya davamlılığıdır".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...