Anons

Dünən, 17:10- BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

Dünən, 16:56- BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dünən, 16:33- Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

Dünən, 16:15- YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

Dünən, 15:57- Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

Dünən, 15:48- “Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

Dünən, 15:25- Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

Dünən, 15:14- Xaricdəki Azərbaycan evlərinin sayı artır

Dünən, 15:06- Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

Dünən, 14:52- Bakıda 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

Dünən, 14:43- ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

Dünən, 14:31- “20 Yanvar: şəhidlər ölməz, Vətən bölünməz”

Dünən, 14:23- Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Dünən, 14:05- AQTA saxta yağlarla bağlı xəbərdarlıq etdi

Dünən, 13:53- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dünən, 13:39- Sabah külək güclənəcək

Dünən, 13:28- Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

Dünən, 13:16- Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

Dünən, 13:07- Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

Dünən, 12:54- Yanvarın 20-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Haqqımızda Əlaqə

Nağdsız ödənişlərin mobil telefonlarla həyata keçirilməsinə şərait yaradılacaq

Tarix:10-09-2019, 12:35

Nağdsız ödənişlərin mobil telefonlarla həyata keçirilməsinə şərait yaradılacaq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə elektron ödənişlərdə yeniliklərin müzakirəsi və Visa Token xidmətinin istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında “Visa Inc.” beynəlxalq kart təşkilatının Qafqaz regionu, Müstəqil Dövlətlər Birliyi, Cənub-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doros tərəfindən Visa Token xidməti və onun üstünlükləri, ölkədə rəqəmsal ödənişlərin inkişafı sahəsində təşkilatın əsas prioritet istiqamətləri, tətbiq ediləcək yeni məhsul və xidmətlər haqqında ətraflı məlumat verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov tərəfindən isə ölkədə bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin inkişafı və bu sahədə innovativ ödəniş həllərinin tətbiqi, məsafəli bank xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr və gələcək perspektivlər haqqında məlumat açıqlanıb. Eyni zamanda, Visa Token xidmətinin ölkəmizdə tətbiqinin rəqəmsal ödənişlərin inkişafında yeni bir mərhələ olması, bu xidmətin rəqəmsal ödənişlərin təhlükəsizlik və effektivlik səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi qeyd edilib.

Visa Token xidməti nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verəcəkdir.

Mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa Inc.” beynəlxalq kart təşkilatı arasında daha öncədən imzalanmış Anlama Memorandumu tərəflər arasında dəyişdirilib. Bu Anlaşma Memorandumu ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, rəqəmsal ödənişlərin inkişafı üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi və rəqəmsal ödənişlər sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə rəqəmsal ödənişlərin inkişafı və innovativ ödəniş həllərinin istifadəsinin genişləndirilməsi üzrə birgə əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Ümumilikdə kütləvi informasiya nümayəndələrinin çoxsaylı sualları ilə davam edən mətbuat konfransında rəqəmsal ödənişlər sahəsində həyata keçirilən islahatlar, bu sahədə tətbiq olunacaq yeniliklər ətrafında müzakirələr aparılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...