Anons

Bu gün, 11:39- XIRDALAN XIRDALANIR

Bu gün, 11:13- Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Bu gün, 11:06- ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Bu gün, 10:51- "Papanin" 7 ildən sonra açıldı

Bu gün, 10:38- Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

Bu gün, 10:27- Bu gün payız Azərbaycana daxil olur

Bu gün, 10:22- Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Bu gün, 09:59- Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Bu gün, 09:36- Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

20-09-2019, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

20-09-2019, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

20-09-2019, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

20-09-2019, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20-09-2019, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20-09-2019, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

20-09-2019, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

20-09-2019, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

20-09-2019, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

20-09-2019, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

20-09-2019, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Haqqımızda Əlaqə

"Nar" müştəri loyallığı indeksinə görə liderdir

Tarix:23-08-2019, 09:57 Baxış Sayı:1

"Nar" müştəri loyallığı indeksinə görə liderdir “Nar”, 2019-cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlər barədə açıqlama edib. Mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfəli olması, baza stansiyalarının sayının sürətlə artımı, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində “Nar”-ın abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazası 13% artıb. Hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona yaxınlaşıb.

Ötən yarım ilin nəticələrinə əsasən, “Nar” mobil şəbəkəsini daha da genişləndirməyə nail olub. Mobil operator 6 ay ərzində 490 yeni baza stansiyası quraşdırıb. Hazırda “Nar”-ın 4G baza stansiyalarının sayı 2140-ı, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb. Bununla da “Nar” ölkədə ən geniş 4G şəbəkəsinə malik mobil operator olub. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq paytaxla yanaşı, regionlarda da “Nar” şəbəkəsi daha da gücləndirilib. Hazırda 53 region 4G baza stansiyası ilə təmin edilib.

Ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 96% artıb. “Nar” abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı isə 17% çoxalıb. Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə 15%, Bakı üzrə isə 18% artıb.

Media nümayəndələrinin iştirakı ilə yarım ilin nəticələrinin açıqlandığı mətbuat konfransında “Azerfon”un baş icraçı direktoru Qunnar Panke bildirib ki, “Nar” 6 ay ərzində nəzərəçarpacaq nəticələr əldə edib: “”Nar” olaraq əsas hədəflərimizdən biri üstün müştəri məmnuniyyətinə nail olmaq və hər bir müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir. Azərbaycan mobil rabitə bazarında müşahidə olunan güclü raqabət mühitində biz müştəri yönümlü strategiyamızı uğurla davam etdirmişik və müştəri məmnuniyyətində artıma nail olmuşuq. Müştərilərə göstərdiyimiz yüksəkkeyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq müştəri loyallığı indeksi üzrə mobil operatorlar arasında “Nar” birinci olub”.

“Nar”, abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 6 ay ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 115 mindən çox müraciət daxil olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 94,7%-i bir dəqiqə ərzində cavablandırılıb.

2019-cu ilin 6 ayı ərzində mobil operator ikiqat internetdən istifadə və daha çox ünsiyyət qurma imkanı verən “CavanNar” tarifini, eləcə də xaricə səyahət etmək istəyən abunəçiləri üçün sərfəli rominq paketləri təqdim edib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq

seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

"Nar" müştəri loyallığı indeksinə görə liderdir
"Nar" müştəri loyallığı indeksinə görə liderdir
"Nar" müştəri loyallığı indeksinə görə liderdir
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...