Anons

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

5-05-2020, 13:21- Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

5-05-2020, 12:03- Dünya Bankı pandemiya ilə mübarizə üçün 160 milyard dollara qədər vəsait ayıracaq

5-05-2020, 10:57- Vergi hesabatlarının təqdim edilməsi müddətləri uzadılıb

4-05-2020, 15:01- Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) "Abituriyentlərlə İş Departamenti" yazı müsabiqəsi elan edir.

Haqqımızda Əlaqə

Yunəyrici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir (FOTO)

Tarix:22-08-2019, 15:52

Yunəyrici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir (FOTO) Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça istehsalı üçün zəruri xammal bazasının yaradılması məqsədilə ötən il Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Yunəyirici Boyaq Fabrikinin tikintisinə başlanılıb. Burada İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıqlar quraşdırılacaq.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri Vidadi Muradov fabrikdə tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, artıq fabrikdə əsas tikinti işləri başa çatdırılıb. Hazırda həyətdə abadlıq işləri aparılır.

Fabrikə qəbul ediləcək yunun yuyulması, qurudulması, daranması, əyrilməsi və boyanması üçün nəzərdə tutulan istehsalat sahələri avadanlıqların quraşdırılmasına tam hazır vəziyyətə gətirilib. Yaxın vaxtlarda avadanlıqların quraşdırılmasına başlanılacaqdır.

İdarə Heyətinin sədri keyfiyyətə ciddi diqqət yetirilməsi, qısa zaman ərzində fabrikin işçi heyətinin formalaşdırılması barədə tapşırıqlar verib.

Qeyd edək ki, fabrikin istehsal gücü ildə 1500 ton çirkli yun qəbul etməyə imkan verir. Müəyyənləşdirilmiş istehsal proseslərdən sonra yunun bir hissəsi 250 ton iplik əldə etməyə sərf olunacaq. Burada 350 ton təmiz yun istehsalı nəzərdə tutulub ki, bu da xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.

Fabrikdə 100 nəfər işlə təmin ediləcək.

Burada istehsal olunacaq ipliklər sifarişə uyğun olaraq, təbii və kimyəvi boyaqlarla boyanaraq satışa çıxarılacaqdır. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, bundan başqa ölkəmizin digər sənaye müəssisələrinin, özəl xalça emalatxanalarının yun iplik tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.

Azərbaycanda yeni sahə olan bu fabrikin fəaliyyətinin təmin olunması məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Həmin mütəxəssislər iki il müddətində yerli mütəxəssislər hazırlayaraq fabrikin kadr potensialını formalaşdıracaqlar.

Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bu məntəqələrdə il ərzində respublikamızın bütün bölgələrindən 1500 ton çirkli yun qəbulu həyata keçiriləcəkdir. Artıq bir neçə aydır ki, tədarük məntəqələrində yun qəbuluna başlanılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...