Anons

Bu gün, 20:32- “Keşlə” dairəsində görüntülənən YPX haqqında Vaqif Əsədovdan RƏSMİ AÇIQLAMA - VİDEO

Bu gün, 17:51- Dr.kosmetoloq Həcər Hüseynova: "Məşhur kosmetoloq olmaq istəyirəm"

Bu gün, 17:27- Övladını məktəbdən götürməyə tələsən ana onu maşınla vurdu - VİDEO

Dünən, 23:52- Bakı Yol Polisi: Təhlükəsizliyimizi birgə təmin edək - VİDEO ÇARX

Dünən, 23:00- BAKI YOL POLİSİ və YPX.AZ: #TelefonaYoxYolaBax!

Dünən, 17:42- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

Dünən, 17:20- Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

Dünən, 16:54- Azərbaycanın ixracında özəl sektorun payı ötən ay kəskin artıb

Dünən, 16:25- Abşeron RİH-i başçısının Görədil sakinləri ilə görüşü keçirildi

Dünən, 15:58- I sinfə qəbul qaydaları açıqlanıb

Dünən, 15:46- Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır

Dünən, 15:37- Bakıya yeni metro vaqonları gətiriləcək

Dünən, 15:25- Məktəblilərarası “Avropa Pul Viktorinası”na qeydiyyat başlayıb

Dünən, 15:13- İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı

Dünən, 15:04- Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik olub

Dünən, 14:52- Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Dünən, 14:39- Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub

Dünən, 13:28- Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Dünən, 13:20- Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək

Dünən, 12:55- Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq

Haqqımızda Əlaqə

Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib

Tarix:22-08-2019, 15:13

Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır. Cari ildən hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsi ilə elektron imza olmadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı imkanının yaradılması bu xidmətdən istifadə edənlərin sayının sürətlə artması ilə nəticələnib.

Vergilər Nazirliyindən bildirilib ki, bu ilin 7 ayında Azərbaycanda 7.116 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb və onlardan 6.167-si elektron qeydiyyat xidmətindən istifadə ediblər. Hesabat dövründə elektron qeydiyyatdan keçənlərin xüsusi çəkisi artaraq 86,7 faizə yüksəlib.

İlin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür.

Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və həmin sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə zərurət olmur. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı" (elektron imza olmadan) təlimatı yerləşdirilib.

Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Bütün bunlar vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...