Anons

Bu gün, 18:20- Gənc şair Hüseyn Hafiz:"Sevgi ürəkdən gəlməlidir"

Bu gün, 17:12- Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub

Bu gün, 17:00- Növbəti tədris ilində I siniflərə 164234 uşağın qəbulu proqnozlaşdırılır

Bu gün, 16:48- Bakıda GÜCLÜ YANĞIN

Bu gün, 16:39- Zəlzələlər kosmosdan çəkilən şəkillərlə proqnozlaşdırılacaq

Bu gün, 16:26- Yarım ildə Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub

Bu gün, 16:17- “Azərenerji” Sumqayıtda üç zavoda kabel xəttinin çəkilməsinə 2 milyon manatdan çox vəsait yönəldəcək

Bu gün, 16:05- Yanvar-iyul aylarında Azərbaycana gələn əcnəbilərin 41,4 faizi hava nəqliyyatından istifadə edib

Bu gün, 15:52- Yunəyrici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir (FOTO)

Bu gün, 15:43- Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək

Bu gün, 15:36- FHN yeni tikilən 133 binaya müsbət rəy verib

Bu gün, 15:24- Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb

Bu gün, 15:13- Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib

Bu gün, 14:31- Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bu gün, 14:22- “Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasında yer alıb

Bu gün, 14:09- Baş hematoloq: "Azərbaycanda 1000 nəfərə 10 donor düşür"

Bu gün, 13:54- DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib

Bu gün, 13:46- Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün, 12:37- Sabah isti temperatur diskomfortu gözlənilir

Bu gün, 12:28- Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb

Haqqımızda Əlaqə

Ticarət və iaşə obyektlərində kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət gücləndirildi

Tarix:19-07-2019, 11:14 Baxış Sayı:38

Ticarət və iaşə obyektlərində kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət gücləndirildi Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib.

Nazirlikdən verilən məlumata görə, Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Qeyd edilməlidir ki, istehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur.

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin keçid müddəlarına əsasən cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki, rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməyə dəvət edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...