Anons

Bu gün, 14:47- “III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib

Bu gün, 13:34- Azərbaycanda sənaye məhsulu istehsalı artıb

Bu gün, 13:21- İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinə yekun vurulub

Bu gün, 13:12- “Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu

Bu gün, 13:00- “ASAN xidmət”ə 34 milyonuncu müraciət

Bu gün, 12:48- Türkiyənin ticarət mərkəzində iri terror aktının qarşısı alınıb

Bu gün, 12:39- Bakıda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb

Bu gün, 12:26- “Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi

Bu gün, 12:15- Nazirlik bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi

Bu gün, 12:07- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edirlər

Bu gün, 11:54- ADU-nun rektoru ÇXR Pekin Bələdiyyəsinin Təhsil Komissiyası nümayəndə heyəti ilə görüşüb

Bu gün, 11:41- Gömrük Akademiyasında gömrük rəsmiləşdirilməsi üzrə təlimlər təşkil olunur

Bu gün, 11:32- Azərbaycan Dillər Universitetində Qədim dillər Elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bu gün, 11:19- ABŞ nümayəndə heyəti “ASAN xidmət”də

Bu gün, 11:10- Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi

Bu gün, 10:56- AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

Bu gün, 10:43- Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

Bu gün, 10:34- Bakıda məişət tullantıları konteynerlərinin sayı artırılır

Bu gün, 10:21- Evlənmək istəyənlərin 1979-da sifilis, 581-də İİV/QİÇS aşkarlanıb

Bu gün, 10:02- Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır

Haqqımızda Əlaqə

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Tarix:11-07-2019, 16:19

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib Dövlət Gömrük Komitəsində (DGK) Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib.

DGK-dən verilən məlumata görə, Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin, Komitə sədrinin müavinləri və aidiyyəti qurumların rəhbərlərinin, Alman- Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann və palata üzvlərinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük sahəsindəki yeniliklərlə bağlı məsələlər müzakirə edilib.

S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verərək bildirib ki, artıq ölkəmizdə ən müasir texnologiyalara, innovativ yeniliklərə, modern infrastruktura, çevik idarəçilik mexanizminə malik, nəzarətdən-xidmətə fəlsəfəsi əsasında fəaliyyət göstərən gömrük xidməti formalaşıb.

Vurğulanıb ki, həyata keçirilən islahatlar çərçivəsində vətəndaş-məmur təması minimuma endirilib, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Görülən işlərin nəticəsi olaraq istər fiskal, istərsə də hüquqpozmalara qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub.

O da qeyd edilib ki, cari ilin fevral ayından etibarən tətbiq edilən "Yaşıl Dəhliz" buraxılış sistemi idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, sahibkarların vaxt və vəsait itkisinin azaldılmasına münbit şərait yaradıb.


S.Mehdiyev gömrük sistemində informasiya texnologiyalarından geniş şəkildə istifadə edildiyini, artıq blokçeyn texnologiyasının reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, eyni zamanda, yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə hesabına vətəndaşların və avtomobillərin internet vasitəsilə elektron qaydada növbə götürərək sərhəd-buraxılış məntəqələrini vaxt itirmədən, sürətli şəkildə keçməsinin təmin olunacağını diqqətə çatdırıb.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann səmimi görüşə görə təşəkkürünü bildirib, mövcud əlaqələrdən məmnunluqla bəhs edib. Palata sədri gömrük sistemində aparılan islahatların beynəlxalq ticarətin inkişafına, sərhədkeçmə proseslərinin və gömrük prosedurlarının asanlaşdırılmasına şərait yaratdığını vurğulayıb və təmsil etdiyi qurumla Azərbaycan gömrük orqanları arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini önə çəkib.

Diskussiya şəraitində keçirilən görüşdə palata üzvlərinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...