Anons

Bu gün, 15:51- 7 məsul şəxsə töhmət verilib Təhsil Nazirliyi

Bu gün, 15:42- Kirill Şeyxə orden təqdim etdi

Bu gün, 15:29- Ərdoğan Trampa məktubunu qaytardı: "Axmaq işlərlə məşğul olma"

Bu gün, 15:06- Bu il yol qəzalarında 557 nəfər ölüb

Bu gün, 14:55- Mikayıl Cabbarov xəbərdarlıq etdi

Bu gün, 14:47- “III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib

Bu gün, 13:34- Azərbaycanda sənaye məhsulu istehsalı artıb

Bu gün, 13:21- İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinə yekun vurulub

Bu gün, 13:12- “Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu

Bu gün, 13:00- “ASAN xidmət”ə 34 milyonuncu müraciət

Bu gün, 12:48- Türkiyənin ticarət mərkəzində iri terror aktının qarşısı alınıb

Bu gün, 12:39- Bakıda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb

Bu gün, 12:26- “Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi

Bu gün, 12:15- Nazirlik bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi

Bu gün, 12:07- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edirlər

Bu gün, 11:54- ADU-nun rektoru ÇXR Pekin Bələdiyyəsinin Təhsil Komissiyası nümayəndə heyəti ilə görüşüb

Bu gün, 11:41- Gömrük Akademiyasında gömrük rəsmiləşdirilməsi üzrə təlimlər təşkil olunur

Bu gün, 11:32- Azərbaycan Dillər Universitetində Qədim dillər Elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bu gün, 11:19- ABŞ nümayəndə heyəti “ASAN xidmət”də

Bu gün, 11:10- Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi

Haqqımızda Əlaqə

Azərbaycan Beynəlxalq Bankı ölkənin ən yaxşı bankı seçilib

Tarix:11-07-2019, 12:05

Azərbaycan Beynəlxalq Bankı ölkənin ən yaxşı bankı seçilib Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “Euromoney” jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi “Award of Excellence” mükafatının təntənəli təqdimatı mərasimində açıqlanıb.

Bankdan verilən məlumata görə, müxtəlif kateqoriyalar üzrə “İlin bankı” mükafatı ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə, tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinə görə layiq görülüb.

1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu il fəaliyyətinin 50 illiyini qeyd edən “Euromoney” jurnalının mükafatı maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: “Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə, bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq”.

Abbas İbrahimov onu da əlavə edib ki, bankın yeni fəaliyyət strategiyasının icrası ərəfəsində belə bir yüksək mükafata layiq görülməsi xüsusilə mühüm əhəmiyyət daşıyır: “Belə bir qiymət yeni strateji layihələrimizin yüksək ruhla həyata keçirilməsi üçün böyük motivasiya yaradır. Müştərilərimiz bunu yenilənən xidmət ofislərimizdə, onların məmnuniyyətini qazanmaq üçün getdikcə yüksələn xidmət standartlarımızda, məhsul və xidmətlərimizin sərfəli üstünlüklərində hiss edəcək, bizi seçməkdən hər zaman qazanacaqlar”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...