Bu gün, 20:53- Qaradağ Rayon İcra Hakimiyyəti başçısının və millət vəkilinin təşəbbüsü ilə şəhid ailələrinə növbəti dəfə baş çəkilib
Bu gün, 19:25- 20 yanvar faciəsinin şəhidləri qan yaddaşımızda əbədi yaşayacaq
Bu gün, 12:09- Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı
Bu gün, 10:42- Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
Dünən, 17:15- Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
Dünən, 16:32- Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
Dünən, 16:07- Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Dünən, 15:44- “Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək
Dünən, 15:20- Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
Dünən, 14:51- COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ
Dünən, 14:13- Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI
Dünən, 13:38- Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi, nizamnamə fondu isə 1 milyon manatdır
Dünən, 13:06- Polietilen torbaların, birdəfəlik plastik qabların idxalına qadağa qoyuldu - DGK
Dünən, 12:47- Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB açıqladı
Dünən, 12:19- Azərbaycan regionda yeni reallıqlar yaradır
Dünən, 11:52- Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
Dünən, 11:13- İbrahimoviç: “Mən Zlatana inanıram”
Dünən, 10:39- Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi
Dünən, 10:04- Azərbaycan 2020-ci ildə 13 milyard dollardan çox məhsul ixrac edib
18-01-2021, 22:28- Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Evədək optika” layihəsi çərçivəsində mənzillərin optik şəbəkəyə keçirilməsi prosesini uğurla davam etdirir.
Nazirlikdən bildirilib ki, hazırda paytaxt üzrə əhalinin sıx məskunlaşdığı Yasamal və Xətai rayonlarında 40 min mənzildə müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənib. Eyni zamanda, Qaradağ və Suraxanı rayonlarında mənzillərin optik şəbəkəyə keçirilməsi və sakinlərin keyfiyyətli multimedia xidmətləri ilə təmin olunması prosesi davam etdirilir. “Baktelecom” əhalinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan layihənin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Yaxın zamanda paytaxtın Nizami rayonundakı köhnə və yeni tikililərdə də genişzolaqlı şəbəkəyə keçid təmin olunacaq.
Rekonstruksiya işləri fiber-optik xətlər üzərindən saniyədə 100 meqabitə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır.
Qeyd edilib ki, “Evədək optika” layihəsi müasir tipli yaşayış kompleksləri ilə yanaşı, mövcud 9 mərtəbəli binaları da əhatə edir. Görülən işlər çərçivəsində istifadəçilər internet avadanlıqları ilə ödənişsiz olaraq təmin olunurlar. Onlar üçün bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəyə imkan yaradılır.