Anons

Bu gün, 17:10- Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı

Bu gün, 16:57- “Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Bu gün, 16:45- Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

Bu gün, 16:38- Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini

Bu gün, 16:29- “Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

Bu gün, 16:17- “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Bu gün, 16:12- Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bu gün, 16:00- Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Bu gün, 15:51- Mişel Platini həbs olundu

Bu gün, 15:38- Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Bu gün, 15:29- Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Bu gün, 15:16- Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Bu gün, 15:08- Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Bu gün, 14:55- “Facebook” öz kriptovalyutasını yaradacaq

Bu gün, 14:47- "Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

Bu gün, 14:38- Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Bu gün, 14:04- Vəkilliyə namizədlər and içiblər

Bu gün, 13:52- Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Bu gün, 13:39- “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Bu gün, 13:25- Azərbaycanda uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Haqqımızda Əlaqə

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil edib

Tarix:12-06-2019, 12:15 Baxış Sayı:27

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil edib 2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, bunun da 1,57 milyon nəfəri paytaxt aeroportu – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 10 min sərnişin çoxdur.

Göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 649 min və 177 min sərnişin daşıyıb.

Bakının hava limanın beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,36 milyon təşkil edib ki, bunun da 32,2 faizi AZAL-ın, 13 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.

Hazırda 27 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...