Anons

Bu gün, 17:10- Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı

Bu gün, 16:57- “Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Bu gün, 16:45- Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

Bu gün, 16:38- Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini

Bu gün, 16:29- “Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

Bu gün, 16:17- “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Bu gün, 16:12- Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bu gün, 16:00- Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Bu gün, 15:51- Mişel Platini həbs olundu

Bu gün, 15:38- Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Bu gün, 15:29- Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Bu gün, 15:16- Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Bu gün, 15:08- Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Bu gün, 14:55- “Facebook” öz kriptovalyutasını yaradacaq

Bu gün, 14:47- "Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

Bu gün, 14:38- Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Bu gün, 14:04- Vəkilliyə namizədlər and içiblər

Bu gün, 13:52- Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Bu gün, 13:39- “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Bu gün, 13:25- Azərbaycanda uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Haqqımızda Əlaqə

“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

Tarix:24-05-2019, 16:33 Baxış Sayı:49

“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib Ölkənin ən gənc mobil operatoru olan “Nar”-ın da dəstəklədiyi “ADA Innovation Awards 2019” mükafatının final mərhələsinin qalibləri müəyyən edilib. Belə ki, əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait yaratmaq olan müsabiqədə 1-ci yeri “Who is around”, 2-ci yeri “SafeSound”, 3-cü yeri isə “Oracins” layihələrini irəli sürən tələbələr qazanıb. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilib. Eyni zamanda 2019-2020-ci tədris ilində “ADA İnnovasiya Mərkəzinin sakinləri” titulunu qazanıblar.

“Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə gənc nəslin innovasiyalara açıq olduğundan və tətbiq imkanlarını anladıqlarından əmin olmalıyıq. Buna görə də, “Nar” olaraq növbəti dəfə gənclər üçün böyük əhəmiyyət kəsb edən bu tədbirin tərəfdaşlarından biri olmaqdan məmnuniyyət duyuruq. Gənclərin intellektual inkişafına dəstək vermək bizim KSM strategiyamızın əsas istiqamətlərindən biridir və onların innovativ ideyalarını hər zaman dəstəkləməyə hazırıq”, - deyə “ADA Innovation Awards 2019” qaliblərinin seçilməsi üçün münsif qismində dəvət edilən “Nar”-ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib. O qeyd edib ki, təqdim edilən layihələri dəyərləndirərkən tələbələrin gündəlik problemlərə innovativ yanaşmasını görmək çox sevindiricidir.

“Nar” və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında ADA Universiteti Fondu ilə əməkdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur. “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...