Anons

Bu gün, 17:10- Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı

Bu gün, 16:57- “Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Bu gün, 16:45- Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

Bu gün, 16:38- Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini

Bu gün, 16:29- “Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

Bu gün, 16:17- “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Bu gün, 16:12- Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bu gün, 16:00- Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Bu gün, 15:51- Mişel Platini həbs olundu

Bu gün, 15:38- Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Bu gün, 15:29- Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Bu gün, 15:16- Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Bu gün, 15:08- Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Bu gün, 14:55- “Facebook” öz kriptovalyutasını yaradacaq

Bu gün, 14:47- "Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

Bu gün, 14:38- Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Bu gün, 14:04- Vəkilliyə namizədlər and içiblər

Bu gün, 13:52- Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Bu gün, 13:39- “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Bu gün, 13:25- Azərbaycanda uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Haqqımızda Əlaqə

MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

Tarix:24-05-2019, 13:38 Baxış Sayı:31

MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.

Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məludövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsinin qalibi “AS Tikinti” MMC (www.asgroup.az) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 6 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaqdır.

Bu binaların tikintisi üçün investisiyanın ümumi həcminin 20 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur. Müsabiqənin qalibi olan investor “MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir.

Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 6 binada (2-si 12 mərtəbəli, 4-ü 9 mərtəbəli) yerləşən mənzillərdən 100-ü (6-sı 1 otaqlı, 36-sı 2 otaqlı, 58-i isə 3 otaqlı) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq.

“AS Tikinti” MMC Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üçün investisiya qoyuluşunu həyata keçirəcək ikinci investordur. Bundan öncə “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün keçirilən investisiya müsabiqəsinin qalibi olub.

Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində inşa olunan Yaşayış Kompleksinin, həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi isə “ENGİNET” MMC (www.enginet.az) olub. Bu şirkət tərəfindən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 milyon manatdan çox investisiya cəlb ediləcək.

Xatırladaq ki, dövlət-özəl tərəfdaşlığı layihələrinin reallaşdırılması nəticəsində MİDA tərəfindən artıq 5 özəl investor cəlb olunub.

Strateji Yol Xəritəsinə əsasən MİDA tərəfindən həyata keçirilən dövlət-özəl tərəfdaşlığı layihələri ölkədə uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradır, eyni zamanda investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə töhfə verir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...