Anons

Dünən, 16:21- Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Dünən, 16:14- Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir

Dünən, 15:37- ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Dünən, 15:23- Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Dünən, 15:14- İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Dünən, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

Dünən, 14:49- Komitə: İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dünən, 14:34- ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Dünən, 14:22- Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Dünən, 14:13- Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Dünən, 14:01- Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Dünən, 13:49- Sabah intensiv yağış gözlənilir

Dünən, 13:27- Azərbaycanda bu qurumlar beş gün işləməyəcək

Dünən, 13:18- Binəqədidə "Qayğıkeş ana” adlı tədbir keçirilib

Dünən, 13:10- Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Dünən, 12:59- TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Dünən, 12:51- Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

21-04-2019, 17:36- Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

21-04-2019, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

20-04-2019, 19:41- ADU-da “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Haqqımızda Əlaqə

“Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir

Tarix:19-03-2019, 16:15 Baxış Sayı:51

“Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir 2018-ci ildə “Kaspersky Lab” 500 milyona yaxın fişinq səhifəyə keçid cəhdinin qarşısını alıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.

“Kaspersky Lab” bu il ilk dəfə olaraq Azərbaycanı fişing hücumlar monitorinqinə daxil edib. Azərbaycan 169 ölkə arasında 13.83% göstərici ilə 79-cu yerdə qərarlaşıb. Siyahıda ilk pilləni 28.28%-lə Braziliya tutur. Sinqapur 4.54% göstərici ilə sonuncudur:

“2018-ci il bir daha sübut etdi ki, fırıldaqçılar xəbərlərdən öz məqsədləri üçün istifadə etməkdə davam edirlər. Biz kriptovalyutalarla bağlı resurslara olunan fişinq hücumların sayında stabil artım müşahidə edirik. Kriptovalyutaların məzənnəsinin düşməsinə baxmayaraq, fırıldaqçılar və spamçılar bu bazardan yetəri qədər mənfəət əldə etməyə çalışırlar”.

Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır.

2018-ci ildə “Kaspersky Lab” həlləri bu tipli saytlara edilən 3 milyondan çox giriş cəhdinin qarşısını alıb. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi demək olar ki, eynidir: Öncə istifadəçidən müəyyən proseslər üçün (komissiyanın ödənilməsi, qəbzin işlənməsi və s.) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırma söz verilir. Lotereya kimi tətbiq olunan fırıldaqçılıqda “qurban”ı daha çox ilkin ödəniş etməyə həvəsləndirirlər və bunu mükafatlandırmanın həcminin ilkin ödənişdəki məbləğdən asılı olması ilə izah edirlər. Belə ki, ilkin ödəniş nə qədər çox olarsa, mükafatlandırma da müvafiq olaraq, bir o qədər artıq olacaq.

Ötən il “Kaspersky Lab” “özüyayılan” fişinqi ifşa etdi. Bu fişinq əsasən messenger və sosial şəbəkələrdə, xüsusilə də “Whatsapp”da çox geniş yayılmışdı. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan mükafatlandırma vəd edirdilər. Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında paylaşılması təklif olunurdu.

Fişinqin qurbanına çevrilməmək üçün “Kaspersky Lab” istifadəçilərə sadə qaydalara riayət etməyi tövsiyə edir:

* Məktub göndərənin ünvanını və məktuba daxil olan linkin doğruluğunu yoxlayın. Güvənmədiyiniz halda, məktubu açmayın. Əgər istəmədən belə, şübhəli sayta daxil olsanız, orada şəxsi məlumatlarınızı daxil etməyin. Şifrənizin fırıldaqçıların əlinə keçdiyini fikirləşirsinizsə, mütləq şifrəni yenisi ilə əvəzləyin.

* Vacib saytlara daxil olarkən (məsələn internet bankinq sisteminə), müdafiə olunan əlaqədən istifadə edin, mümkün olduqca, ictimai WI-FI sistemindən uzaq qaçın. Bütün bunlar fişinq səhifələrə girmə ehtimalı riskini azaldır. Maksimal güvənlilik üçün şəbəkəyə qoşulmaq üçün xüsusi proqram və həllərdən istifadə edin.

* Anti-fişinq texnologiyaları ilə olan qorunma həllərindən istifadə edin. Proqram fırıldaqçıların saytına girərkən sizə xəbərdarlıq edəcək və müvafiq səhifəni bloklayacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...