Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb

Tarix:14-03-2019, 12:56 Baxış Sayı:17

Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qurumun fəaliyyəti ilə bağlı tanıtım video çarxı təqdim edilib.

Tanıtım videosunun hazırlanmasında əsas məqsəd Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, xidmət bölmələri, göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etdikləri zamanı müraciətlərinin düzgün istiqamətləndirilməsinin təmin edilməsidir.

Əsas hədəf qrupunun əcnəbilər olması nəzərə alınaraq tanıtım çarxı ingilis dilində hazırlanıb. Çarx həmçinin ölkəmizin turizm, investisiya imkanlarının təşviq edilməsi üzrə məlumatlandırmanın artırılmasına töhfə verir.

Video çarxın Azərbaycan dilində olan mətni ilə aşağıda tanış ola bilərsiniz: “Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan təkrarsız təbiətə, çoxəsrlik mədəniyyətə, qədim tarixə, sürətli sosial-iqtisadi inkişafa, müasir turizm imkanlarına sahib olan təhlükəsiz və tolerant ölkədir.

Tarixən etnik rəngarəngliyin qorunduğu Azərbaycan istirahət etmək, yaşamaq, işləmək və investisiyalar üçün əlverişli şəraitə və yüksək göstəricilərə malikdir. Hər il milyonlarla əcnəbi Azərbaycana səfər edir və mövcud imkanlardan bəhrələnir.

Bizdə Sizi bu gözəl diyara dəvət edirik və Sizin ölkəmizdə olma və yaşamanızla bağlı rahatlığınızın təmin edilməsi üçün xidmətinizdəyik.

Ölkəyə daxil olduğunuz andan Siz mövcud qaydalar barədə məlumatlandırılacaqsınız. Müvəqqəti olma müddətinizin artırılması, müvəqqəti, daimi yaşama istəyinizlə bağlı ölkə üzrə 30-dan çox xidmət bölməsi vasitəsilə Sizin müraciətlərinizi qəbul edirik və bu prosesdə rahatlığınızın təmin edilməsini diqqətdə saxlayırıq.

Azərbaycan əlverişli biznes mühitinə və geniş investisiya imkanlarına malikdir. Ölkəmizdə biznes qura, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərsiniz. Əmək fəaliyyəti ilə məşğul olmaq qərarına gəlsəniz Sizin üçün vacib olan iş icazələrini də biz veririk.

Bizim Çağrı Mərkəzimiz Sizin bütün zənglərinizi, suallarınızı, elektron sorğularınızı həftənin 7 günü, günün 24 saatı cavablandırmağa hazırdır.

Qabaqcıl elektron məlumat sistemlərimiz xidmətlərimizin elektron qaydada aparılmasını, eyni zamanda miqrasiya proseslərinin daha keyfiyyətlə tənzimlənməsini təmin edir.

Ola bilsin ki, siz Azərbaycanı yaxından tanıdıqdan sonra bu ölkəni sevəcək və burada daimi olaraq yaşamaq istəyəcəksiniz. Sizdə bu cür gözəl ölkənin vətəndaşı olmaq arzusu da yarana bilər. Bu halda müraciətlərinizə məmnuniyyətlə baxacağıq.

Bizim qanunsuz miqrantların, eləcə də sığınacaq axtaran şəxslərin yerləşdirilməsi üçün 2 müasir mərkəzimiz mövcuddur. Beynəlxalq standartlara tam cavab verən mərkəzlər xüsusi təlim keçmiş peşəkarlar tərəfindən idarə olunur.

Biz sizin ölkəmizdə daim rahat, məmnun və qanunvericiliyin tələblərinə uyğun yaşamanız üçün səy göstəririk.

Bəs biz kimik: Biz Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olaraq sizin tərəfdaşınızıq.

Bizi tapmaq çox asandır. Siz 3 dildə fəaliyyət göstərən rəsmi internet səhifəmiz (www.migration.gov.az), Çağrı Mərkəzimiz (012 919), həmçinin rəsmi facebook və tvitter hesablarımız vasitəsilə 3 dildə bizimlə əlaqə saxlaya bilərsiniz.

Azərbaycana xoş gəlmisiniz".

Gələcəkdə çarxın digər əcnəbi dillərdə olan versiyalarının hazırlanması nəzərdə tutulur.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...