Anons

Bu gün, 17:07- Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

Bu gün, 16:53- Bu ixtisas üzrə qabiliyyət imtahanlarında iştirak üçün tələb dəyişdirildi

Bu gün, 16:46- Dünyanın ən bahalı saatı satıldı

Bu gün, 16:32- Sürücülərin diqqətinə! Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz- VİDEO

Bu gün, 16:06- Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək

Bu gün, 15:57- Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Bu gün, 15:39- Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək

Bu gün, 15:28- 12 noyabr – Konstitusiya günü

Bu gün, 15:16- Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

Bu gün, 15:07- Azərbaycan ABŞ-a 33 mln.dollarlıq alüminium ixrac edəcək

Bu gün, 14:52- Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ edildi

Bu gün, 14:43- Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da

Bu gün, 14:34- Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb

Bu gün, 14:25- Perunun Azərbaycandakı səfirliyi bağlanır

Bu gün, 13:36- Bakıda 3 icra başçısı təyin edildi - Millət vəkilinə vəzifə verildi

Bu gün, 13:24- Prezident iki icra başçısı təyin etdi, birini işdən çıxartdı

Bu gün, 13:17- Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır

Bu gün, 12:38- Dövlət Agentliyində cari ilin ilk 9 ayının nəticələri müzakirə olunub

Bu gün, 12:26- Ceyhun İmanov ilə Brend = Təcrübə adlı tədbir keçiriləcək

Bu gün, 12:15- Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldü, cinayət işi başlandı

Haqqımızda Əlaqə

Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb

Tarix:21-10-2019, 17:12

Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir.

Bu sözləri ölkəmizdə səfərdə olan və bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovla görüşən Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal Naziri xanım Fehmida Mirza Ni deyib.

Azad Rəhimov Pakistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətdən birincisi olduğunu və hər iki ölkənin illərə sığınan dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırdı.

Nazir Azad Rəhimov qeyd etdi ki, imzalanacaq Anlaşma Memorandumu iki ölkənin idman sahəsində inkişafına çox böyük dəstək verəcək. Eyni zamanda, qeyd olundu ki, ölkəmizdə səfərdə olduğu müddətdə qonaq Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyası, Milli Gimnastika Arenası, Su idmanı Sarayı və digər idman qurğularında da olmaqla, Azərbaycanın idman infrastrukturu haqda daha geniş məlumat əldə edə biləcək.

Gənclər sahəsi haqqında da qonağa məlumat verən Azad Rəhimov, Gənclər və idman nazirliyi tərəfindən uzun müddətdir ki, müxtəlif ölkələrdə gerçəkləşdirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsində Pakistan gənclərinin də aktiv iştirak etdiklərini və qaliblərin dəfələrlə Azərbacyana səfər etdiklərini diqqətə çatdırdı.

Azərbaycana qonaqpərvərliyi üçün xüsusi təşəkkürünü bildirən Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal Naziri xanım Fehmida Mirza Ni, Azərbaycanın idman sahəsində çox inkişaf etdiyini və Pakistanın Azərbaycan təcrübəsindən yararlanmaqda xüsusi maraqlı olduğunu dedi. Fehmida Mirza Ni Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarını çox böyük uğurla keçirdiyini və Pakistanın da bu səpkili yarışlara ev sahibliyi etməkdə maraqlı olduğunu söylədi.

Qonaq bildirdi ki, idman diplomatiyası onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin idman sahəsində çox böyük təcrübəyə malik olduğunu söyləyən xanım Fehmida Mirza Ni, işləniləcək idman diplomatiyasına Azərbaycanın da cəlb oluna biləcəyini və bununla da münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyini vurğuladı. Xanım Fehmida Mirza Ni, Azərbaycan və Pakistan idmançılarının müxtəlif idman növlərində təlim məşq toplnatılarına qatılmalarının idmanın inkişafında önəmli addım olduğunu bildirib, bu istiqamətdə də əməkdaşlığı genişləndirmənin vacibliyini diqqətə çatdırdı.

Azərbaycanın həddən ziyadə əsrarəngiz ölkə olduğunu və turizm potensialının da çox inkişaf etidiyini söyləyən qonaq, Pakistanlıların son illərdə bu ölkəyə göstərdikləri böyük maraqdan da xüsusi söz açdı.

Daha sonra, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumunun imzalandı.

Sonda qonağa xatirə hədiyyələri təqdim olundu.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...