Dünən, 20:53- Qaradağ Rayon İcra Hakimiyyəti başçısının və millət vəkilinin təşəbbüsü ilə şəhid ailələrinə növbəti dəfə baş çəkilib
Dünən, 19:25- 20 yanvar faciəsinin şəhidləri qan yaddaşımızda əbədi yaşayacaq
Dünən, 12:09- Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı
Dünən, 10:42- Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
19-01-2021, 17:15- Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
19-01-2021, 16:32- Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
19-01-2021, 16:07- Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
19-01-2021, 15:44- “Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək
19-01-2021, 15:20- Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
19-01-2021, 14:51- COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ
19-01-2021, 14:13- Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI
19-01-2021, 13:38- Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi, nizamnamə fondu isə 1 milyon manatdır
19-01-2021, 13:06- Polietilen torbaların, birdəfəlik plastik qabların idxalına qadağa qoyuldu - DGK
19-01-2021, 12:47- Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB açıqladı
19-01-2021, 12:19- Azərbaycan regionda yeni reallıqlar yaradır
19-01-2021, 11:52- Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
19-01-2021, 11:13- İbrahimoviç: “Mən Zlatana inanıram”
19-01-2021, 10:39- Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi
19-01-2021, 10:04- Azərbaycan 2020-ci ildə 13 milyard dollardan çox məhsul ixrac edib
18-01-2021, 22:28- Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
Ötən gün 6-cı dəfə “Qızıl Buts” mükafatına layiq görülən “Barselona” klubunun kapitanı Lionel Messi “Fanatik”ə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Ronaldo və İbrahimoviç özlərini tərifləyirlər. Siz isə bunu etmirsiniz?
- Özümü tərifləməyi deyil, insanların mənim haqda danışmalarını üstün tutaram. Mən özüm kiməm, nə etmişəm və nəyə qadir olduğumu yaxşı bilirəm. Lakin bütün bunları özümdə saxlayıram. Özüm haqda danışmağı xoşlamıram.
- Keçmişə baxdıqda nələr düşünürsünüz?
- Uzun illər peşəkar oyunçu kimi çıxış etdiyinizə görə, keçmişə baxmağa heç bir şansınız olmur. Ümumi götürəndə sən indiki vəziyyətinlə yaşayırsan. Nələr etdiyini deyil, nələr edə biləcəyin haqda fikirləşirsən. Təəssüflər olsun ki, futbolda sevinməyə çox vaxtımız olmur. Çünki hər 3 gündən bir qarşınıza yeni hədəflər çıxır. Ancaq bir gün karyeramı başa vuranda, keçmişdə baş verənləri yada salmağa vaxtım olacaq və bütün edilənlərlə qürur duyacam.
- “The Best - 2019” mükafatının qalibi oldunuz. Övladlarınız buna reaksiyası necə oldu? Sevindilər?
- Əlbəttə. Çox xoşbəxt idilər. Mərasim bir qədər uzun çəkdiyinə görə, onlar çox yorulmuşdular. Mənimlə hər zaman qürur duyduqlarını bildirdilər. Mükafat qazandığım zaman, mənimlə birgə səhnəyə çıxdıqlarına görə də çox sevincli idilər.
- Tyaqo və Mateo digər oyunçular haqda nə düşünürlər?
- Onların futbola olan sevgiləri tamam başqadır. Bütün futbolçuları tanıyırlar. Televizordan bir çox komandanın oyunlarını izləyirlər. Futbola aid kartları var və bütün oyunçuları oradan tanıyırlar. Bir az utancaq olsalar da, lakin mövzu futboldursa, buna qarşı ayrı hisslər yaşayırlar.
- Övladların haqda nələr söyləyə bilərsiniz?
- Mateo tamamilə başqa xüsusiyyətə malikdir. Hər zaman yeni şeylər etməyə çalışır. Hər üçü də mənim üçün xüsusidir. Hər birinin özünəməxsus xasiyyəti var. Əgər Mateo haqqında çox danışsam, digər ikisi mənim üstümə gələr! Tyaqo artıq 7 yaşındadır. Bir çox şeyləri dərk edir. Çiro isə, elə Mateo kimidir, bəlkə də ondan pisdir (gülür). Zamanla görəcəyik.
- Boş vaxtlarınızda evdə nə işlə məşğul olursunuz?
- 3 övladınız varsa, evdə boş vaxtınızın olması müşkül məsələdir. Evdə hər birimiz hər andan zövq almaq üçün çalışırıq. Övladlarımla birlikdə televizor izləyirəm və video oyunlar oynayıram.
- Bu il zədə səbəbilə bir çox oyunlarda iştirak edə bilmədiniz. Bədəniniz sizə daha çox dincəlməli olduğu xəbərdarlığını verir?
- Burada əsas olan özünüzü necə hiss etməyinizdir. Əgər özünüzü 25 yaşındakı kimi hiss edirsinizsə, eyni şeyləri etməkdə davam edəcəksiniz. Ancaq diqqətli olmalısınız. Bu şərtdir. Özümü hər zaman eyni səviyyədə saxlamaq üçün həm oyunlar, həmdə məşqlərdə ayrı metodlar üzərində çalışıram.
- “Qızıl Buts” qazanmağınız adət halına alıb...
- Arzum, klub səviyyəsində qazana biləcəyimiz qədər kubok qazanmaqdır. Çempionlar Liqasını yenidən qazanmaq istəyirəm. Onsuz da böyük turnirləri qazanmaq, fərdi mükafatlara da yol açır.
- Çox vaxt etdiyiniz vərdişlər nələrdir?
- Bir çox vərdişlərim var. Yatmaqdan əvvəl yemək masasını səhəri gün üçün mütləq hazırlamalıyam. Masa ətrafında hər kəsin yeri bəllidir. Hər kəs eyni yerdə oturur. Evə girəndə ilk öncə sağ ayaqqabımı çıxardıram. Başqa bir vərdişim də var. Amma onu demək istəmirəm.
- Kriştiano sizə “Barsa”dan başqa bir yerdə də çıxış etməli olduğunuzu demişdi. Onun dediyini edəcəksinizmi?
- Hər kəsin hədəfləri və təcrübə yığmaq istəyi olur. Amma mənim heç bir halda dünyanın ən yaxşı klubundan ayrılmaq istəyim olmadı. “Barsa”nı sevirəm.
- Yarımmüdafiəçi kimi inkşaf etməyiniz?
- Bunu dəqiq bilmirəm. Bu əsasən vəziyyətdən asılı olan bir şeydir. Ümumi götürəndə, topla və yarımmüdafiəçilərlə daha çox təmas yaratmaq üçün arxaya çəkilirəm. Gələcəkdə bilmirəm necə olacaq.
- Karyeranızı neçə yaşa qədər davam edəcəksiniz?
- Bunu vaxtla biləcəm. Davam edib-etməmıyimlə bağlı ilk olaraq özüm deyəcəm.
- İndiki “Barsa” ilə, Qvardiolanın vaxtındakı “Barselona” arasında fərq nədədir?
- Qvardiolanın zamanından uzun illər keçib. İndi komandada yeni oyunçular var. Həmin dövrdən isə, yalnız 3-4 oyunçu qalıb.
- Hər şeyi qazanmısınız, bircə “Puskas” mükafatınız çatmır. Bu barədə fikirləriniz?
- Hər zaman demişəm. Fərdi mükafatlar hədəfimdə yoxdur. Nə “Qızıl top”, nə “Qızıl Buts”, nə də “Puskas”. “Puskas”ı qazansam yaxşı olar, qazanmasam heç nə olmaz. Mənə fərq etmir.