Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

Bakıda keçiriləcək Avropa Liqasının hər iki finalçısı müəyyənləşib

Tarix:10-05-2019, 10:58 Baxış Sayı:80

Bakıda keçiriləcək Avropa Liqasının hər iki finalçısı müəyyənləşib Mayın 29-da Bakıda keçiriləcək həlledici qarşılaşmada İngiltərə "Arsenal"ına "Çelsi" rəqib olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 May 2019, 08:44

Futbol üzrə Avropa Liqasında ikinci finalçı müəyyənləşib.

İnterAz-ın məlumatına görə, mayın 29-da Bakıda keçiriləcək həlledici qarşılaşmada İngiltərə "Arsenal"ına "Çelsi" rəqib olub. "Zadəganlar" yarımfinalda Almaniya "Ayntraxt"ı ilə həm səfər, həm də ev matçını 1:1 hesablı heç-heçə ilə başa vurub. Əlavə vaxtda da nəticə dəyişmədiyi üçün qalib penaltilər seriyası ilə müəyyənləşib.


Bu zaman "Çelsi"dən Sezar Aspilikueta, "Ayntraxt"dan isə Martin Hinteregger və Qonsalo Pasiensia dəqiq olmayıb. Nəticədə London komandası 4:3 hesabı ilə qələbə qazanaraq, həlledici görüşdə iştirak hüququna yiələnib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Arsenal" - "Çelsi" qarşılaşması saat 23:00-da başlanacaq. "Arsenal" kimi "Çelsi" də bu arenada meydana çıxıb. 2017-2018 mövsümündə "zadəganlar" "Qarabağ"la Çempionlar Liqasının qrup oyununu böyük hesablı qələbə ilə başa vurub - 4:0.

Avropa Liqası, Yarımfinal, cavab oyunları

9 may

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) - 1:1 (ƏLAVƏ VAXT - 0:0, penaltilərlə - 4:3)

Qollar: Ruben Loftus-Çik, 28 - Luka Yoviç, 49

Penaltilər seriyası: Sebastyan Alle (0:1), Ross Barkli (1:1), Luka Yoviç (1:2), Sezar Aspilikueta (1:2), Conatan de Quzman (1:3), Jorjinyo (2:3), Martin Hinteregger (2:3), David Luis (3:3), Qonsalo Pasiensia (3:3), Eden Azar (4:3)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

London. “Stemford Bric” stadionu

İlk oyun - 1:1.


***08:32

Futbol üzrə Avropa Liqasında ilk finalçının adı məlum olub.

İnterAz-ın məlumatına görə, İngiltərənin "Arsenal" komandası bu mövsüm ikinci dəfə Bakıya səfər edəcək.

"Topçular" yarımfinalda İspaniya "Valensiya"sını üstələyib. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan Unay Emerinin baş məşqçi olduğu kollektiv səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2. "Arsenal"ın qollarından 3-nü Pyer Emerik Obameyanq, digərini Aleksandr Lyakazett vurub. "Valensiya"dan isə bu gün 32 yaşı tamam olan Kevin Qameyro fərqlənib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşmada "Arsenal"ın rəqibi hazırda davam edən "Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya) görüşünün qalibi olacaq.

Qeyd edək ki, "Arsenal" bu mövsüm qrup mərhələsində "Qarabağ"la səfər matçını da Bakı Olimpiya Stadionunda keçirib. Görüş London komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Liqası

Yarımfinal, cavab oyunları

9 may

23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) - 2:4

Qollar: Kevin Qameyro, 11; 58 - Pyer-Emerik Obameyanq, 17; 69; 88. Aleksandr Lyakazett, 50

Baş hakim: Danni Makkeli (Hollandiya)

Valensiya. “Mestalya” stadionu

İlk oyun - 1:3скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...